Dərc edildi: Baxış sayı: 381
ÜST Qəzzada “təhlükəsiz zona”nın yaradılmasında iştirak ETMƏYƏCƏK
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) geniş razılaşma və təhlükəsizlik şərtləri olmadan Qəzza zolağında “təhlükəsiz zona”nın yaradılmasında iştirak etməyəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT Baş Assambleyasının qeyri-rəsmi plenar iclasında deyib.
"ÜST geniş razılıq olmadan, təhlükəsizlik üçün əsas şərtlər və digər vacib ehtiyaclar mövcud olana qədər və onun həyata keçirilməsinə nəzarət mexanizmi yaradılana qədər Qəzza zolağında hər hansı qondarma təhlükəsizlik zonasının yaradılmasında iştirak etməyəcək", - Qebreyesus bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət