Dərc edildi: Baxış sayı: 505
ÜST-dən Trampın qərarı ilə bağlı ilk - Açıqlama
ABŞ Prezidenti Donald Trampın maliyyə yardımını dayandırması xəbərini böyük təəssüflə qarşıladıq.
Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.
O, ABŞ-ın uzunvədəli və qətiyyətli dost olduğunu bildirib:
“Ümid edirik ki, belə də davam edəcək. Trampın qərarınından dolayı təəssüflənirik”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp koronavirusa dair etibarlı araşdırma aparmadığını əsas gətirərək, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət