Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ÜST bildirir ki, karantin COVİD-19-un yayılmasının qarşısını ala bilməz

ÜST bildirir ki, karantin COVİD-19-un yayılmasının qarşısını ala  bilməz
Sakura

Yoluxmuş şəxslərin izlənməsi, pandemiya ilə mübarizədə əsas vasitələrdən biridir.

Yoluxmuş şəxslərin izlənməsi, pandemiya ilə mübarizədə əsas vasitələrdən biridir.

Yalnız karantin məhdudiyyətləri koronavirusun yayılmasını tamamilə dayandıra bilməz. Bu tədbirlər yalnız infeksiyanın ötürülməsini yavaşlatmağa kömək edirlər. Ens.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus keçirdiyi brifinq zamanı açıqlayıb.

Onun sözlərinə görə, virusun yayılmasına qarşı mübarizə aparan əsas vasitələrdən biri izləmə prosesi, təmasların ayırd edilməsi və təcrid olunmasıdır.

"Heç bir ölkə virusun harada olduğunu bilmirsə, epidemiyasına nəzarət edə bilməz" deyə ÜST rəhbəri vurğulayıb.

Qebreisus potensial yoluxmuşların izlənməsində köməkçi mobil tətbiqetmələrin vacibliyini qeyd edib. Bununla yanaşı, o, bunun virusun ötürülməsi zəncirlərini pozmaq üçün yoluxmuş şəxslər və onlarla əlaqə quranları axtararkən "qapıdan qapıya" gedən təlimli işçiləri əvəz edə bilməyəcəyini vurğulayıb.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR