Slimfit
  1. GÜNDƏM

ÜST: Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir

ÜST: Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir
Sakura

ÜST: Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir

 

Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

Onun sözlərinə görə, Azərbaycanda siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir:

"Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi narahat edir. Son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı sayda böyük dəyişiklik olmayıb. Amma bir çox Avropa ölkələrində siqaret çəkənlərin sayında azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik".

ÜST rəsmisi hesab edir ki, Azərbaycanda alkoqol istehlakı böyük problem hesab olunmur, 2017-ci ildə alkoqol istehlakı göstəricisi 2011-ci illə müqayisədə hətta bir qədər azalıb.

İ.Rakovac Azərbaycanda meyvə-tərvəz istehlakının da çox aşağı olduğunu bildirib: "Sorğunun nəticələrinə görə, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərəvəz yemir. Bu da xüsusi narahatlıq yaradır. Nəzərə almalıyıq ki, meyvə-tərvəz bizim sağlamlığımız üçün çox vacibdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR