Slimfit
  1. ELM

Uşaqları və ərləri qadını bədbəxt edir: araşdırma

Uşaqları və ərləri qadını bədbəxt edir: araşdırma
Sakura

Uşaqlar və ər qadını bədbəxt edirlər: araşdırma

Geniş yayılmış stereotip bunu deyir ki, qadın xoşbəxtliyi ailə vəziyyəti və uşaqların varlığından asılıdır. On illik araşdırmanın nəticələri göstərir ki, asılılıq həqiqətən var, amma ümumi qəbul edildiyindən tamamilə fərqlidir.

The Guardian nəşri davranış elmləri üzrə mütəxəssis Pol Dolanın Uelsdəki “Hey” festivalındakı çıxışından bir hissə dərc edib. O, ABŞ əmək üzrə statistika Bürosunun araşdırmasına istinad edir ki, bu araşdırma zamanı 2003-cü ildən etibarən 2 mindən çox ailə arasında vaxtlarını necə keçirmələri barədə sorğu keçirilib. Sorğu vərəqəsinin əlavə hissəsində gün rejimi ilə birbaşa əlaqəli olmayan, amma sosial mövzularla əlaqədar bir sıra suallar var - bəzən bu, həyatdan məmnunluq, maliyyə vəziyyəti və ümumi rifah hissidir.

Dolan belə nəticəyə gəlib ki, xoşbəxtliyin klassik stereotip meyarları zamanla ötüb keçmir. Ənənəvi nikahda yeganə xeyir qazanan kişi olur - onun həyatı subaya olandan daha xoşbəxt və sağlam keçir. Orta yaşlı tənha qadınlar daha çox yaşayırlar, onlarda psixoloji problemlər az olur, xoşbəxtlik səviyyəsi isə evli yaşıdlarından daha yüksəkdir. Digər yaş qrupları üçün fərq elə də çox deyil.

Alimlər qeyd edirlər ki, xoşbəxtlik səviyyəsi və əhalinin həyatdan məmnunluğunun müxtəlif səthi qiymətləndirməsi bəzən səhv olur. Nadir hal deyil ki, qadınlar ərinin yanında bu mövzu ilə bağlı suallara müsbət cavablar və yüksək qiymətlər verirlər, amma araşdırmanın növbəti mərhələsində əri yanında olmayanda özünü bədbəxt kimi xarakterizə edirlər. Dolan qeyd edir ki, formalaşmış fkrin əksinə olaraq əhalinin ən stabil xoşbəxt və həyata sevincli qrupu uşaqsız subay qadınlardır. Onların həyatını 30 yaşına qədər qaranlıq edən yeganə şey stereotiplər və köhnəlmiş əxlaq səbəbiylə cəmiyyətin təzyiqidır.

Pol Dolan - London iqtisadi və siyasi elmlər məktəbinin şöbə müdiri və psixologiya və davranış elmləri sahəsində davranış elmləri professorudur. O, demək olar ki, hər il “Hey” festivalında müasir dünyada həyata, onun mənasına və xoşbəxtlik meyarlarına münasibətin dəyişməsi barədə mühazirələr deyir. “Hey” ədəbi-bədii festivaldır ki, onu “İntellektual Vudstok” adlandırırlar. May ayından iyun ayına qədər 10 gün ərzində yeni kitablar, filmlər təqdim olunur, musiqili tamaşalar, həmçinin mühazirələr aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR