Slimfit
  1. CƏMİYYƏT

Uşaqlar və valideynlər ?Bina evində it-pişik saxlamaq olarmı?

Uşaqlar və valideynlər  ?Bina evində it-pişik saxlamaq olarmı?
Sakura

Uşaqlar və valideynlər ?Bina evində it-pişik saxlamaq olarmı?

Hazırda həm dünyada, həm də ölkəmizdə ev heyvanı bəsləmək dəb halını alıb. Ev heyvanı dedikdə ilk ağıla gələn it və pişik olur. Bəzən şahidi oluruq ki, evlərdə nəinki ev heyvanı, hətta vəhşi heyvan saxlayanlar da tapılır. Məsələn, qonşu Rusiyada it, pişik saxlamaqdan bezən insanlar ilan, kərtənkələ, böcək saxlamağa başlayıb. Bu heyvanların ölçüsü kiçik olduğundan böyük olmayan şəhər mənzillərində saxlamaq çətin olmur.

Paytaxt Bakıda bina mənzillərində hələlik kərtənkələ, ilan saxlayana rast gəlinməsə də, it-pişik saxlamaq adiləşib. Bəzi insanlar bu heyvanları həyatlarının bir hissəsinə çevirib.

Lakin əksər hallarda çoxmənzilli binalarda ev heyvanı saxlamaq ətrafındakı qonşular, insanlar üçün diskomfort yaradır. Qonşular uzun-uzadı zingildəyən, hürən itlərin əlindən zara gəlir. Dəfələrlə şahidi olmuşuq ki, liftin qapısı açılar-açılmaz bizi qorxudaraq ilk qarşılayan iri itlər olur. Əksər hallarda itlərin qoruyucu ağızlığı – buruntağı olmur. Bu isə ətrafda olan digər insanlara, xüsusən də uşaqlara təhlükə yaradır. Belə ki, həmin itlərin anidən kiməsə hücum etməyəcəyindən heç kim sığortalanmayıb.

evde hayvan ile ilgili görsel sonucu

Bəs hansı halda bina evində heyvan saxlamaq olmaz və yaxud olar?

Qeyd edək ki, Nazirlər Kabineti 2011-ci ildə yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması ilə bağlı qərar qəbul edib. Həmin qaydalara əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədilə onların ərazi baytarlıq idarələrində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.

evde hayvan ile ilgili görsel sonucu

Yalnız baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.

Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında “canlı təbiət” guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.

Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

 

Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Daha bir məsələ odur ki, əgər insan itini bilərəkdən kiminsə üzərinə qısqırdırsa, bu zaman ona cinayət işi açıla bilər. Amma it sahibinə tabe olmadan insana hücum edərək onu qorxudar və ya xəsarət yetirərsə, o zaman itin sahibinə cərimə tətbiq edilə bilər.

İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının saxlanması qaydasının pozulmasına görə bir sıra cərimələr var. Bura  ev heyvanlarının qanunvericiliklə icazə verilməyən yerlərdə, həmçinin itlərin cilovsuz, daha böyük itlərin isə  ağızlıqsız, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsinə, insanların üzərinə saldırılmasına qadağalar qoyulub. Bu qaydaları pozan şəxs qanunla 200 manat miqdarında cərimə olunur. Əgər bir il ərzində bu hal təkrar olunarsa, cərimə 300 manat olur.  Amma qeyd olunmuş hallar insanların sağlamlığına yüngül xəsarət yetirərsə və ya maddi ziyan vurarsa, bu zaman 800 manat miqdarında cərimə olunurlar. Lakin az ağır  xəsarət halları baş verərsə, onda cinayət məsuliyyəti yaradır, heyvan sahibi 300 manat cərimə oluna və ya 6 ay müddətində azadlıqdan məhrum edilə bilər. Əgər xəsarət ağır dərəcədə olarsa, 500 manat cərimə oluna, 6 aylıq azadlıqdan məhrum edilə bilər.

Daha bir məsələ, mütəxəssislər qeyd edir ki, evdə saxlanılan heyvanlar nəinki ətrafdakı insanlar üçün diskomfort yarada bilir, həm də öz sahibi üçün təhlükəli olur. Məsələn, ötən il Niderland mütəxəssisləri bu qənaətə gəlmişdilər ki, çiy ət məhsullarında çoxlu xəstəlik törədən mikroblar və parazitlərin yumurtaları ola bilər. İt və ya pişik bu cür çiy əti yedikdən sonra parazitləri digər ev heyvanlarına və ev sahiblərinə ötürə bilər.

Bundan başqa, aparılan təcrübələr göstərib ki, çiy ət ev heyvanlarında mədə problemlərinə, dişlərin zədələnməsinə və digər xəstəliklərə səbəb ola bilər.

Adil Qeybulla ile ilgili görsel sonucu

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla aşağıdakıları dedi:

“Ümumiyyətlə, heyvanların əhliləşdirilməsi məsələsi qədim dövrlərdən mövcuddur. Amma heyvanların birbaşa insanlarla birgə  yaşaması məsələsi artıq kütləvi hal almağa başlayıb. Məlum olduğu kimi, indi hər yerdə çoxlu sayda zoomağazalar fəaliyyət göstərir. Bu mağazalarda həm heyvanların gigiyenası, həm də qidalanması üçün müxtəlif növ məhsullar satılır.  Bununla da əgər kiminsə ev heyvanı saxlamaq kimi hobbisi varsa, həmin ləvazimatlardan istifadə edərək, heyvanları düzgün qidalandırmalı, sanitar-gigiyenik qaydalara əməl etməli, heyvanları daim veterinarın nəzarətində saxlamalıdır.

Çox təəssüf ki, bəzi hallarda bu qaydalara əməl edilmir. Bu zaman heyvandan insana heyvan mənşəli infeksiyalar, o cümlədən bruselyoz, toksoplazma, parazitar infeksiyalar, qurdlar və s. bu kimi infeksiyalar yoluxa bilər. Ona görə də heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır. Qeyd edim ki, bəzən heyvanların ətindən, südündən də həmin xəstəliklər keçə bilir. Ən əsası isə evində heyvan saxlayan şəxs ətrafındakılara dikomfort yaşatmamalıdır”.

Qeyd edək ki, evlərdə it-pişik saxlamaq dəb halını alsa da, bu məsələyə mənfi münasibət bəsləyənlər də az deyil. Bəzi din xadimləri qeyd edir ki, Quranda və hədislərdə itin evdə saxlanması günah kimi göstərilib. Onu da vurğulayırlar ki, it saxlanılan evlərə mələklər daxil olmaz. Həmçinin bildirilir ki, itin rütubətli halda toxunduğu hər şey murdar olur (eynilə donuz kimi). Yəni məsələn, it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır.

Mənbə: gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR