Slimfit
  1. MARAQLI

Uşaqlar üçün ziyanlı olan məhsullar - Siyahı

Uşaqlar üçün ziyanlı olan məhsullar - Siyahı
Sakura

Uşaqlar üçün ziyanlı olan məhsullar - Siyahı

Uşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmlidir. Lakin elə ərzaqlar da vardır ki, onların uşaqlara verilməsi tövsiyə olunmur. Bu əsasən həmin qidaların tərkibi ilə bağlıdır. 
Medicina.az sizə həmin ərzaqlardan bəzilərini təqdim edir: 
 
Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi hesab olunur. Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflədir. Amerika Klinik Qidalanma jurnalı şəkərdən istifadədən yarım saat  sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsi haqında məlumat verib. Qeyd edək ki, saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı maddələrdən məhrumdur.
 
Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb olunur ki, bu da  uşağın orqanizmində olan qidalandırıcı elementlərin istehlakına səbəb olur. Şəkər müxtəlif qidalarda mövcud olduğundan uşaqlar üçün hazırlanmış hazır qida məhsullarının tərkibində də var. Əksər uşaq ərzaq istehsalçıları qida  məhsullarında şəkərdən istifadə edir.
 
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.
 
Gizli şəkər hansılardır?
 
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun. Burada saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi və s yazılır. Həmin tərkibin gizli şəkər saxlayıcısı olduğunu bilmək lazımdır.
 
Duz
Tədqiqatlar göstərir ki,  46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
 
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər.  Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqət edin.
 
Hidrogenasiyalaşdırılmış yağ
 
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından  bərk  və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.
 
Kofein
Bir çox insan hesab edir ki, kofein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və qazlı içkilərinin tərkibində də var. Kofeingüclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 
 
Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi əlavələrin hücumundan uşağını xilas etmiş olursunuz. BU əlavələrə aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri və digər müxtəlif əlavələr. Onlar yeməyin yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr daxil edilir.
 
Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, balıq çubuqları, dondurma və konfet aiddir.
 
Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:
 
-Kolbasa və sosis məmulatları
 
-Hazır şirələr və meyvə içkiləri
 
-Yarımfabrikat məhsullar
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR