Slimfit
  1. PSİXOLOGİYA

Uşaqlar üçün süfrədə ədəb qaydaları

Uşaqlar üçün süfrədə ədəb qaydaları
Sakura

Uşaqlar üçün süfrədə ədəb qaydaları

Yemək harada yeyilməsindən asılı olmayaraq süfrə qaydalarına əməl etmək vacibdir. İndi çalışmaq lazımdır ki, hələ balacalığından uşaqlar da bu qaydaları bilsinlər və əməl etsinlər. Xüsusilə ictimai yerlərdə, qonaqlıqda yemək yeyilərkən uşaqların süfrə arxasındakı davranışları diqqəti daha çox çəkər.

Süfrədə körpədən gözlənilən davranışlar daha böyük uşaqdan gözlənilən davranışlardan fərqlidir.

Uşaqlara bu qaydaları öyrədərkən böyüklərin üzərinə qayğı, bir az da məsuliyyət dolu vəzifələr düşür. Axı, bu, böyüklərin qayğılarıdır. Uşaqları gələcək həyata böyüklər hazırlamalıdırlar. Uşaqlarımıza ədəb qaydalarını öyrədərkən ən əhəmiyyətlisi özünüz yaxşı nümunə olun və evdəki süfrə qaydalarınız ilə evdənkənar süfrə arxasında davranışlarınız üst-üstə düşsün. Məsələn, siz evdə ağzınınzda yemək varkən danışırsınızsa, “başqalarının yanında ağzın dolu ikən danışmaq olmaz” deyirsinizsə, dediklərinizin təsiri olmayacaq.

Related image

 Evdə

Yemək üçün masa arxasında təmiz paltarla, həm də əllər və üz yuyuduqdan sonra oturmaq lazımdır.

Masa arxasında oturarkən baş harasa qoyulmaz, dirsəklənmək olmaz, yatmaq olmaz.

Ailədə kəs masaya oturmadan yeməyə baslanmaz

Yemək yeyərkən danbışmaq olmaz, ağızı cox doldurmaq olmaz.

Hər kəs boşqabındakı yeməyi tam yeməlidir, uşağınız bu normanı yeyə bilməyəcəyini düşünürsünüzsə, kiçik boşqablardan istifadə edilməlidir.

Masa arxasında uşağın əli masanın hər tərəfinə çatmır, süfrədə olan tərəvəz, salat, şirniyyat və s uşağın əli çatmaz, bunlar nəzərə alınmalı, uşağa yardım edilməlidir.

“Lütfən” və “təşəkkür edirəm” müraciətlərini edin və uşağınızı da buna alışdırın.

Bıçaq və qaşıq uşaqların yaşına görə təyin edilməlidir.

Süfrə arxasında olarkən yüksək səslə danışılmaz,

yemək zamanı barmaqlar ağıza, buruna, qulağa soxulmaz, diş qurdalanmaz.

Əllər yağlı isə yeməkdən qalxmadan uşağın əlləri silinir.

Digər yerlərdə

2-3 yaşından kiçik uşaqlar onsuz da hələ analarının köməyi olmadan özləri yemək yeyə bilmirlr. Amma böyüdükcə onların da valideynləri ilə birgə gəzintilərə, qonaqlıq və tədbirlrə qatılması vəziyyətləri yaranır və bu zaman, əlbəttə ki, qidalanmaq da lazım gəlir. Belə zamanlarda

uşağınızı narahat etməyəcək məkanları secin: cok gurultulu, sıxlıq və musiqi-şou çox olduğu yerlərdəm mümkünlüklə uzaq olun.

Əgər oxuya bilirə, seçmək bacarırsa, ona da menyuya baxmağa icazə verin və onun da secməsinə zəmanət verin. Təklif etdiyiniz yeməklər içində quru çərəzlər olmamasına diqqət edin, qarnir olaraq kartof qızartması, cips, düyü plovu yerinə, qaynadılmış tərəvəz, yarma plovu istəyin. Masada mayonez, ketcap, duz olmasın, ya da istifadə etdikdən sonra masadan parılmasını xahiş edin və ya uşağın marağını çəkməyəcək şəkildə gözdən uzaqlaşdırın.

Kürsüyə oturduğunda masa səviyyəsi uşağınızın boyuna uyğun deyilsə, stulu qaldıra bilərsiniz, altına yumşaq döşəkçə qoya bilərsiniz.

Kreslo, kürsü üzərində ayağa qalxmağa, tullanıb-düşməyə icazə verməyin.

Bəzən olur da, uşaq uyğun olmayacaq bir şey istəsə, hərəkət etsə, başqalarının yanında onu utandıracaq şəkildə davranmayın. Masada nəzakətli xəbərdarlığını özündən kimsənin bilməyəcəyi şəkildə bildirin, əgər davam edərsə, yanınızda səssiz bir mühitə aparın və insanların yanında etdiklərinin doğru olmadığını və niyə doğru olmadığını anladın.

Bunlar hamısı ola bilər, normaldır. Uşağı sevməyin, öyrətməyin yolu budur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR