Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlar maska taxsınlarmı : ÜST tövsiyələrini açıqladı

Uşaqlar maska taxsınlarmı : ÜST tövsiyələrini açıqladı
Sakura

Təşkilat, nəzərə alınmalı olan amilləri sadalayıb

Ümumdünya Səhiyyə Təşkilatı, uşaqların qoruyucu maska taxmaları ilə bağlı tövsiyələrini yeniləyib.

Ens.az bildirir ki, bu barədə ÜST-nin rəsmi saytında təqdim olunan tövsiyələrdə deyilir.

Təşkilat beş yaşdan 12 yaşa qədər uşaqların maska taxmalarını məsləhət görmür,  çünki onlar bu qoruyucu vasitələrdən düzgün istifadə edə bilmirlər. Lakin 12 yaşdan yuxarı uşaqlar fərdi qoruyucu vasitələrdən böyüklər kimi eyni şəkildə istifadə etməlidirlər.

ÜST qeyd edir ki, fərdi qoruyucu vasitələrin istifadəsi sosial məsafəni saxlamaq mümkün olmayan yerlərdə, həmçinin koronavirusun yüksək olduğu bölgələrdə olmalıdır.

Təşkilat, maska istifadə etməyinizə qərar verərkən nəzərə alınmalı olan amilləri sadalayıb:

uşağın yaşadığı ərazidə virusun geniş yayılması var;

uşağın maskanı etibarlı və lazımlı şəkildə istifadə edə bilməsi;

maskaların əlçatanlığı və məktəblərdə, eləcə də uşaq baxımı xidmətlərində maskaların dəyişdirilməsi;

maska taxmağın öyrənmə və psixososial inkişafa potensial təsiri;

uşaqda xüsusi şərtlər və koronavirus riski olan digər insanlarla qarşılıqlı təsir.

Mənbə: tsn.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR