Dərc edildi: Baxış sayı: 548
Son vaxtlar ölkə üzrə virus infeksiyaları ilə xəstələnən insanların sayında artım müşahidə edilir
Son vaxtlar ölkə üzrə virus infeksiyaları ilə xəstələnən insanların sayında artım müşahidə edilir. Həkimlər, xüsusilə uşaqlar arasında virus infeksiyalarına yoluxma hallarının artdığını deyirlər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Azvision.az -a bildirib ki, Azərbaycanda pandemik qrip virusu qeydə alınmayıb.
“Uşaq və böyüklərdə müşahidə edilən kəskin respirtor infeksiyaları və mövsümi qripdir. Bu günə aparılan müayinələrin nəticəsində Azərbaycanda pandemik qrip virusu aşkar olunmayıb”.
A.Əliyeva qeyd edib ki, insanlar arasında kəskin repserator infeksiyalarına yoluxma hallarında azalma müşahidə edilir: “Son həftələrin məlumatına baxanda deyə bilərik ki, insanlar arasında mövsümü qrip və ya kəskin respirator infeksiya ilə xəstələnmə ötən ilin müvafiq dövrü ilə eynidir. Hətta deyərdik ki, bir qədər də azdır. İnsanlar xəstəliyi o zaman ağır keçirir ki, həkimə vaxtında müraciət etmir, yataq rejiminə riayyət etmir, özbaşına müalicə olunur. Xəstə halda işə və ya məktəbə getməyə davam etdikdə, insanın sağalması biraz yubanır və xəstə ağırlaşır”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət