Slimfit
  1. AZƏRBAYCAN

Uşaq teleradio proqramlarında zərərli reklamlara qadağa qoyuldu

Uşaq teleradio proqramlarında zərərli reklamlara qadağa qoyuldu
Sakura

Uşaq teleradio proqramlarında zərərli reklamlara qadağa qoyuldu

Bu gündən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, bu məsələ "Reklam haqqında" Qanuna edilən müvafiq əlavədə öz əksini tapıb.

Qanuna əsasən, bu gündən etibarən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.

Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR