Xəzər bölgəsindən nəqliyyat dəhlizləri… - Ərdoğan
Orta Asiya və Xəzər bölgəsindən qərblə şərqi, şimalla cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları Qara dəniz regionundan keçir. Qarşıdakı dövrdə bu bölgənin geostrateji önəmi daha da artacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qara dəniz Rizə-Ayder Forumu iştirakçılarına videomüraciətində deyib.
“Epidemioloji xəstəliklər, bölgədəki böhranlar iqtisadi inkişaf üçün logistika və nəqliyyat infrastrukturunun əhəmiyyətini dönə-dönə xatırladır. Qara dəniz coğrafiyasındakı bütün ölkələrdə ticarəti yaxşılaşdıracaq, yüklərin və nəqliyyat xidmətlərinin çatdırılma müddətlərini qısaldacaq logistika şəbəkələrini inkişaf etdirməliyik”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət