Slimfit
  1. SİYASƏT

Ceyhun Bayramov: COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə hazır olduğunun sübutudur

Ceyhun Bayramov: COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə hazır olduğunun sübutudur
Sakura

Ceyhun Bayramov: COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə hazır olduğunun sübutudur

COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun sübutu və tanınmasıdır.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən bildirib.

Nazir Azərbaycanın COP29 sədrliyi fəaliyyəti, prioritet və təşəbbüsləri barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. XİN başçısı Azərbaycanın COP29 sədirliyində 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına kökləndiyini diqqətə çatdırıb: “2024-cü ilin noyabrında Azərbaycan iqlim dəyişkənliyi ilə mübarizədə həmrəliyi rəhbər tutaraq COP29 konfransına ev sahibliyi edəcək. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və iqlimlə mübarizədə əməkdaşlıq ruhunu irəli aparmaq üçün səylərini əsirgəməyəcək. Bu il COP29-a ev sahibliyi etmək və qərar vermək üçün beynəlxalq ictimaiyyət tərəfindən bizə göstərilən ümumi öhdəlik və mənəvi etimad Azərbaycanın iqlim gündəliyinə cavab verməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun sübutu və tanınmasıdır. Gələcək prezidentlik dövründə Azərbaycan COP29-un şəffaf, qərəzsiz, əhatəli və tərəflərlə əsaslı şəkildə həyata keçirmək öhdəliyini bir daha təsdiqləyir. Biz ambisiyaları artırmaq və iqlim maliyyəsi ilə fəaliyyətə imkan yaratmaq üçün iki paralel sütuna əsaslanan vizyonumuzu bu il əsas prioritetimiz kimi təqdim etdik. Bu sütunlar bir-birini gücləndirir”.

“Əsas gözlənti iqlim maliyyəsi üzrə ədalətli və iddialı yeni kollektiv, kəmiyyətcə müəyyən edilmiş məqsəd haqqında razılaşmadır. Bu, İqlim Dəyişikliyinə dair Paris Sazişini qəbul etdikdən sonra ilk böyük iqlim maliyyəsi məqsədi olacaq və biz tərəflərə razılaşma əldə etmək üçün yorulmadan çalışırıq”, – o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR