Slimfit
  1. CƏMİYYƏT

Uşaq qidasından çıxan qurdla bağlı araşdırma başlandı

Uşaq qidasından çıxan qurdla bağlı araşdırma başlandı
Sakura

Uşaq qidasından çıxan qurdla bağlı araşdırma başlandı

Uşaq qidasından çıxan qurdla bağlı araşdırma başlandı

 Bakı sakini uşağına aldığı qidanın içindən qurd çıxdığını iddia edir.

 Onun sözlərinə görə, Biləcəri qəsəbəsində yerləşən aptekdən aldığı "Nutrilak" uşaq qidasının içindən qurd çıxıb. Vətəndaş bu barədə aidiyyəti qurumlara müraicət də edib.

 Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalar başlanıb. Agentlikdən  bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək:

 "Qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verib. Məlumat qeydə alındıqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının, xüsusilə uşaq qidalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu sahədə neqativ hallarla rastlaşsalar, müəssisənin və məhsulun adı, ünvanı, istehsal tarixi və s. konkret məlumatları qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edərək məlumat versinlər".

Mənbə: faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR