KFC öz qurucusunun adını uşağına qoyan şanslı bir ailəni mükafatlandırmağa hazırlaşır.
KFC öz qurucusunun adını uşağına qoyan şanslı bir ailəni mükafatlandırmağa hazırlaşır.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, bu ilin sentyabr ayında dünyaya uşaq gətirəcək ailəni sürpriz gözləyir. KFC markası 9 sentyabrda dünyaya gələcək uşağına KFC markasının qurucusu Harland Sandersin adını qoyacaq amerikalı ailələr arasından şanslı bir ailəyə 11 min dollar pul mükafatı verəcəyini açıqladı.
KFC-nin mükafat miqdarının 11 min dollar olmağının səbəbi isə markanın xüsusi məhsulunun tərkibində 11 ədviyyatın olmasıdır.
9 sentyabr 2018 tarixində doğulacaq uşaqlarına Harland adını qoyan ailələr mükafata sahib olmaq üçün ən gec 9 oktyabra qədər markaya müraciət etməlidirlər. Mükafatı qazanmaq üçün xüsusi bir lotereya və ya çəkiliş olmayacaq. Çünkü mükafat 9 sentyabrda doğulacaq ilk Harland adlı uşağın ailəsinə veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət