Slimfit
  1. CƏMİYYƏT

“Uşağın çöpü qalmışdı” - Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır

“Uşağın çöpü qalmışdı” - Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır
Sakura

“Uşağın çöpü qalmışdı” - Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır

“Uşağın çöpü qalmışdı, çöpçü çıxartdı”. Azyaşlı uşaqların valideynlər arasında belə söhbətlər tez-tez eşidilir. Müasir zəmanədə çöpçülərə inanlar da var, onları inkar edənlər də. 
Doğrudanmı uşağın boğazında çöp qalır? Bunu aradan qaldırmağı bacaran ara həkimlərə inanmaq olarmı? “Çöpçülük” xalq təbabətinin bir qoludurmu?

Modern.az saytının əməkdaşı məsələni araşdırmağa çalışıb.

Tibb mütəxəssisləri deyirlər ki, lor həkimləri olan yerdə çöpçü yanına getmək düzgün deyil.

Çöpçülər isə bildirirlər ki, uşağın qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etmək, üfürməklə çıxarmaq dədə-babadan qalma fəaliyyətdir.

“Bəzi hallarda uşağın qırtlaq-udlaq nahiyəsində müxtəlif şeylər - meyvə qabığı, dənəsi, çəyirdəyi, tumu, ət parçası, sümük ya da digər yad cism ilişib qala bilir. Bu, ya qidalanma zamanı baş verir, ya da uşağın bilməyərəkdən həmin cismləri ağzına qoymasından yaranır”,-deyə adının çəkilməsini istəməyən çöpçü qadın bildirib. Onun sözlərinə görə, əlini uşağın boğazına toxunduran kimi həmin boşluqda nəsə qalıb-qalmadığını hiss edir.

Övladının çöpçü sayəsində sağaldığını deyən valideyn Nailə Məmmədova da həkimlərlə razılaşmır:

“Düzdür, əvvəllər mən də çöpçülüyə inanmırdım, amma başına gəlməyən bilməz.

Son zamanlar uşağın qızdırması düşmürdü, durmadan ağlayırdı. Ağzından isə xoşagəlməz qoxu gəlirdi. Yemək yemir, halsızlaşır, nə verirdim qusurdu.

Həkimə apardım, nə qədər dərman - siroplar yazdı, dedi ki, bunları uşağa içir, keçib gedəcək.

Amma keçmədi. Qonşular elə hey deyirdilər ki, yaxınlıqda bir çöpçü, var apar onun yanına. Düzdür, evdəkilər razı olmurdu. Axırda yeganə ümid yerim çöpçünün yanına getmək oldu. Allahdan sonra uşağın sağalmasına çöpçü yardımçı oldu.

Uşağın üzünə baxan kimi dedi ki, bunun çöpü qalıb. İlk olaraq  boğazını əli ilə ovxaladı. Daha sonra ağzına 2 dəfə üfürdü, burnuna da həmçinin.

İnanırsınızz, ovucunda mənə qara yad cisimlər göstərdi. Uşağın boğazında sən demə muncuq, birdə alma qabığı ilişib qalıb. Ondan sonra uşağın sanki üzü güldü. İndi nəsə belə bir hal olanda çöpçüyə üz tuturam. Həqiqətən gözlərimlə şahidi oldum. Mənə elə gəlir ki, bu bir Allah vergisidir”.

Həkimlər isə “çöpçü” adlanan ara adamları ilə təmasdan qaçmağı məsləhət görür, hətta bəzən bununla bağlı həyəcan təbili çalırlar.  Deyirlər ki, çöpçülərin xüsusilə ağıza üfürmələri uşaqlara infeksiya, mikroblar keçməsinə səbəb ola bilər.

Azərbaycanın baş pediatrı, K.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnistitutunun direktoru Nəsib Quliyevməsələ ilə bağlı Modern.az-a danışıb:

“Ümumiyyətlə  çöpçülük anlayışına münasibətim pisdir. Dünyada “çöpçü” adlı sənət yoxdur. Bu fəaliyyət dələduzluq, fırıldaqçılıq hesab edilir. Ara adamlarının boğazdan yad cisimlər çıxara bilmələrinə də inanmıram. Çünki onu tibb işçiləri həyata keçirə bilərlər”.

Nəsib Quliyev deyir ki, başqa ölkələrdə, məsələn, Almaniyada, İngiltərədə belə “ara həkimləri” yoxdur, çünki insanların problemə yanaşması fərqlidir:

“Əgər bizim uşaqlarda çöp qalırsa, ingilis uşaqlarının boğazlarında niyə qalmır? Bilirsiniz,  burda məntiq də yoxdur. İnsanları sadəcə aldadırlar, hətta inandırmağa da çalışırlar”.


Baş pediatrın sözlərinə görə, özünə hörmət edən, savadı olan həkim heç vaxt xəstəni çöpçüyə aparmağı məsləhət görməz:

“Bütün bunların da günahını valideynlərdə görürəm.

Bir pediatr kimi bütün bunların əleyhinəyəm. Valideynlərə də tövsiyəm odur ki, nəsə xoşagəlməz hadisə olsa, həkimə müraciət etsinlər, çöpçüyə yox”.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR