Slimfit
  1. PSİXOLOGİYA

Uşağa çətinliklərin öhdəsindən gəlməyi necə öyrətmək lazımdır

Uşağa çətinliklərin öhdəsindən gəlməyi necə öyrətmək lazımdır
Sakura

Uşağa çətinliklərin öhdəsindən gəlməyi necə öyrətmək lazımdır

Əslində fillər insanlara çox oxşardır. Onlar bizim kimi eyni emosiyaları hiss edirlər, bizim kimi ölənlər üçün ağlayırlar və hər kəs balaca fil balalarının qayğısına qalırlar. Onlar üçün ailə çox vacibdir - sürü daxilində əlaqələr çox möhkəmdir və bütün həyatları boyu onu saxlayırlar. Əgər uşağa nəsə təhlükə varsa və ya o yaralıdırsa, digər fillər onu müdafiə edir və sakitləşdirir.

Amma balaca fil balasının 14 yaşı olan kimi sürüdən onu qovurlar. Onlar sərbəst olurlar. Razılaşın ki, bizim fillərdən öyrənəcək müəyyən məsələlər var. Həmçinin Culi Litkott-Heysm-dən. O “Onları buraxın” kitabı yazıb ki, orada uşaqları yetkin həyata necə hazırlamaq barədə danışır.

Bu gün biz uşaqlarımızı qoruyur, tərifləyir, dəstəkləyir və istiqamətləndiririk, onlar üçün mümkün qədər çox şey etməyə, uğursuzluq, həyəcan və xoşagəlməz hadisələrdən qorumağa çalışırıq. Bununla belə, hər zaman valideyninə arxlananan vı sərbəst olaraq çətinliklərin öhdəsindən gələ bilməyən ərköyün yeniyetmə böyütmək riski çox yüksəkdir.

Biz unuduruq ki, uşaqlıq valideynlərin istənilən vəziyyətdə mütləq kömək edəcəkləri deyil, yoxlama və səhvlər cütlüyü, öz bacarığını bilmək imkanı və öz gücünə inanmaqdır. Tərbiyəyə necə yanaşmaq lazımdır ki, uşaq asılı qalmasın və yetkin həyata hazır olsun? Uşaqlarımızın çətinlikləri normal qəbul etməsi üçün biz onlara dayanıqlı olmağa kömək etməliyik.

Dayanıqlılıq nədən alınır və biz uşaqlarımızda onun formalaşmasına necə təsir göstərə bilərik

Dayanıqlılıq xoşagəlməz hadisələrdən sonra özünə gəlmək, irəliyə getməyə davam etmək və cəhdləri dayandırmamaqdır. Pediatr və yeniyetmələrin inkişafı üzrə mütəxəssis Kennet Qinzburq iddia edir ki, dayanıqlılıq yeddi amildən yaranır: səriştəlilik, əminlik, əlaqələr, xarakter, işə töhfə, mübarizə aparmaq bacarığı və ixtiyar.

Uşaqlarımızda dayanıqlığın formalaşması üçün biz nə edə bilərik? Riayət edilməsi lazım olan 6 məsləhət:

  1. Uşaqlarla keyfiyyətli vaxt keçirərək, onların həyatında olun.

Öz sevginizi göstərin. Culi Litkott Heyms iki milyondan çox baxış yığmış TED çıxışında dediyi kimi: “Qiymətlər və xallara fikir verməkdənsə, qoy bizim dəyərli uşaqlarımız məktəbdən evə gələrkən və ya biz işdən qayıdarkən bütün cihazları söndürməli, telefonları kənara qoymalı, onun gözlərinə baxmalı və bizim ilk bir neçə saatda uşağımızı görərkən üz ifadəmizdəki sevinci görsünlər. Günün necə keçməsi, yaxşı bir şeyin olub-olmadığını soruşun. Əgər uşaq cavab versə ki: “Nahar”, bu zaman siz yoxlamanın qiymətini öyrənmək istəyərkən, soruşun: “Nahara dadlı nə var idi?”

  1. Onun işinə qarışmayın, uşağa şəxsi təcrübəsini əldə etməyə imkan verin.

Mobil telefonlar bizi dünyada hər şeydən uzaqlaşdırıb. Bizim daimi nəzarətimiz, müşayiətimiz və dəstəyimiz uşaqlarda əminliyi sarsıdır. Qoy uşaqlar özləri ilk olaraq riyaziyyat və ya dillə məşğul olmağı seçsinlər. Daha qabaqcıl valideynlər üçün tapşırıq: qoy uşaq sizin yoxlamanız olmadan ev tapşırığını özü etsin.

Məktəbliyə papaq geyindirməzdən və çantaya hər hansı kitabı qoymağı yada salmazdan əvvəl, bunların onun həyatı və ya sağlamlığına təhlükə yaradıb-yaratmamasını düşünün. Alınmırsa, iradəli olun və susun.

  1. Uşağın təcrübə yığmasına kömək edin.

Yəqin ki, siz uşaq poliklinikasında müayinə zamanı “ana-qız” tandeminə rast gəlmisiniz. Ana fəxrlə körpəni gəzdirir və onun nazı ilə oynayır, qızı isə yanında ayağını ayağının üstünə qoyur. Bu onun uşağıdır, özü isə həddi-buluğa çatıb və əmək qabiliyyəti var. Sadəcə ana “daha yaxşı bilir” və öz qızına təcrübəni özünün toplamasına şans vermir.

Körpəyə şam yeməyindən sonra öz fincanını və boşqabını yumasına imkan verin. Qoy bu ideal olmasın - burada məhz onun cəhdi və səyi vacibdir. Yaşı bir az yuxarı olan uşağa düyməni tikməyi öyrədin. Uşaqlar böyüdükcə onlara bir o qədər də çox öhdəlik vermək olar - qayğanağın bişirilməsindən çətin yeməklərə keçmək olar. Artıq iki yaşından qız uşaqlarına istədiyi saç düzümünü etməsinə imkan verin. Biz saçlar uzanandan nə olacağını hamımız yaxşı bilirik. Hardan? Düzdür, təcrübə yolu ilə aydınlaşdırmışıq.

  1. Uşağın xarakterini formalaşdırın.

Uşaqlara qiymətləri və mükafatları ilə deyil, onların insani keyfiyyətləri ilə fəxr etdiyinizi göstərin. “Əgər yoldan nənəni keçirmək olmazsa, onda bu yol nəyə lazımdır”, - “Kişilər nədən danışır” filmində qeyd edilir. Uşağın yaxşı əməllərini görüb müzakirə edin. Məsələn: əgər mağazada uşaq bir qadına rəfdən məhsulu götürməsinə kömək edirsə, evə yolda ona belə demək olar: “Ona kömək etmək sənin tərəfindən çox gözəl addım idi”.

Uşağa kənardan baxmağı və yaxınlıqda olan insanlara necə yardım etməyi fikirləşməyi öyrədin. Başqalarına kömək etməyin kifayət qədər çox yolları var. İlk dərs gününə gül almaq əvəzinə pulu xeyriyyə fonduna keçirmək, ehtiyacı olanlara nəsə vermək, bazardakı qoca nənədən cəfəri almaq olar - sizə cəfəri almaq lazım olduğu üçün deyil, nənəyə dəstək olmaq lazım olduğu üçün etmək lazımdır.

  1. Səmimi və dəqiq tərifləyin və tənqid edin.

Adekvat və müsbət özünü dəyərləndirmə şəxsi səylər və nəticələrin əsasında formalaşır. Qoy sizin tərifiniz real olsun. Müəyyən yerinə yetirilmiş tapşırıqla bağlı olanı tərifləmək daha yaxşı olar. “Super” Sən sadəcə dahisən!”, deyil, “Mən sənin inşanı çox bəyəndim, sanki sən baş qəhrəmanın fikirlərini oxudun”.

Stenfordun psixologiya üzrə professoru Kerol Duek uşağı əqli bacarığına görə tərifləyəndə yaranmış vəziyyəti düzəltməyi məsləhət görür. Sonda nəticənin onların əldə etdikləri xarakteristikaya təzadlı olmaması üçün çətinliklərdən qurtarmağa başlayırlar. Uşağa göstərdiyi səyin (uşağın bacardığı) fitri əqli bacarıqdan (onun təsir göstərə bilmədiyi) daha vacib olduğunu izah etmək daha yaxşı olar.

Təndiq konstruktiv olmalıdır. Uşağı deyil, düzəldilməsi mümkün olan hərəkəti təndiq edin. Malvinanın Burationunu oxumağı öyrətdiyini xatırlayın: palçığa batanda onu iyrənc dəcəl adlandırdı və dolabın yanına göndərdi. Belə demək daha doğru olardı: “Burationo, dostum. Bu ləkələrə bax hələ. Əgər sən burnunu mürəkkəbə soxmasaydın, bu baş verməzdi. Daha ehtiyatlı olmaq lazımdır”.

  1. Nümunə göstərin.

Belə bir lətifə var. “Beynəlxalq olimpiya komitəsi pokeri idman növü hesab etməyəndə oyunçuların kefi pozuldu, amma bunu göstərmədilər”. Sizin özünüzdə problem olanda, uşaqlardan kədəri gizlətməyin. Bu çətinliklərin normal bir şey olduğunu göstərməyin ən yaxşı üsullarından biridir. Qoy uşaqlar səhvlərinizi qəbul etdiyinizi, dayanıqlılıq göstərdiyinizi və irəliyə getdiyinizi görsünlər.

Keçən həftə oğlum sinif yoldaşları ilə intellektual düşərgəyə getmişdi. 7 saat yol getmək lazım idi, taksini səhər saat 5-ə sifariş etməli olduq. Təyin olunmuş vaxta maşın gəlməmişdi. Uşaqların məşqçisi aydınlaşdırdı ki, depoda sorğunu itiriblər, mikroavtobus sürücüsünün telefonunu öyrənib yenidən razılığa gəldi. Hər kəs əsəbləşmək məcburiyyətində qaldılar, həm də yarım saat daha çox yatmaq olardı, amma uşaqlar problemin konstruktiv həlli dərsini aldılar.

Nəzarətdə saxlanılan risk və lazımi səhvlər

Öz mühazirələrinin birində bioloji elmlər doktoru Tatyana Çerniqovskaya ingilis dilli özəl məktəblərdə uşaqların tərbiyəsi zamanı nəzarət olunan riskə maraqlı nümunə gətirdi. Orada öyüd-nəsihət vermək və ağ corabda qaçmağın mənfi nəticələri haqqında xəbərdarlıq etməyə deyil, uşaqları xüsusilə nəzarət olunan riskə salmaqdır.

Yerə düşməsinə şərait yaradıb uşaqda sıyrıntı yaratmaq lazımdır ki, gələcəkdə o özünü itirməsin və real olaraq yerə düşəndə nə edəcəyini bilsin.

Səhv etmək insana xasdır. Uşaqlıq məşq meydanıdır ki, burada səhv etmək, dərs çıxarmaq və çətinliklərin öhdəsindən gəlmək bacarığını qazanmaq olar. Uşaqlara bu vacib təcrübəni - mübarizə aparmaq, uğursuzluğa düçar olmaq və düşməyi əldə etməyə imkan verin. Bu onlara öyrənmək və inkişaf etməyə kömək etməyin ən yaxşı üsuludur. Səhvlər həyatın ən gözəl müəllimi olur. Hər dəfə çətinlik yarandıqda, kömək etməyə tələsməyin və uşaqlar onların öhdəsindən gəlməyə öyrənəcəklər.

 

Mənbə: Mif detstvo

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR