Slimfit
  1. AZƏRBAYCAN

Urmiya xanlığı

Urmiya xanlığı
Sakura

Urmiya xanlığı

Urmiya xanlığı (ingiliscə: Khanate of Urmia) – 1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri.

 

Ümumi məlumat

  • Ərazisi: Xoy və Marağa xanlıqları, Osmanlı imperiyası ilə hüdudlanırdı.
  • Mərkəzi: Urmiya
  • Xanları: Fətəli xan Əfşar (bir çox mənbələrdə – Fateh Əli xan), Əli xan, İmamqulu xan, Əmiraslan xan Əfşar, Məhəmmədqulu xan.

 

Tarixi

Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O,hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra,o,mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı.İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı.Və Təbriz paytaxt oldu.Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu.Bundan sonra isə Qaradağ,Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı.O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi.İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu.Beləliklə,Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla,bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İrandaali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan ZəndFətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR