Dərc edildi: Baxış sayı: 654
Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir – Türkiyəli kardioloq açıqladı
Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.
Medicina.az türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açqılamasını təqdim edir.
Həkimin sözlərinə görə, normalda ürək ritmi 60-100 arası dəyişir: "Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin”.
Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.
• Mitral qapaq çatışmazlığı
• Ürək əzələsi ilə əlaqədar problemlər
• Ürək damarlarında tıxanma ya da daralma
• Ürəyin fəaliyyətində yaranan problemlər
• Qan azlığı
• Ağciyər problemi
• Hipertireoz
• Yüksək temperatur
• Bəzi infeksiyalar
• Bazı enfeksiyonlar
Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.
Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.
Daha sürətli döyüntü bədən müqavimətinin aşağı olmasından xəbər verir. Həmin şəxsin orqanizminin həssas olduğunu söyləmək mümkündür. Eyni zamanda pasiyentin beyin və digər orqanlarına oksigenin yaxşı paylanmadığını bildirir.
Bu durumda bayılma və buna yaxın vəziyyət, yorğunluq, halsızlıq, nəfəs problemi, sinədə ağrı, yaddaşsızlıq kimi müəyyən problemlər meydana çıxır.
Mütəmdi olaraq fiziki məşqlərlə məşğul olan insanlarda ürək güclənir və qan damar sisteminin fəaliyyəti intensivləşir. Buna görə də həmin insanlar daha çox iş görməsinə baxmayaraq nəbzləri az döyünür.
Aktivliyi çox olan idmançılarda bəzən ürək ritmi 50-yə enir. Mütəmadi olaraq idmanla məşğul olan insanların nəbzinin aşağı olması normal haldır. Ümumilikdə isə məşqlərin ürək döyüntüsünü aşağı saldığı bildirilir. Buna görə ürək sağlamlığı üçün fiziki məşqlər zəruridir.
GÜN ƏRZİNDƏ ƏN AZ YARIM SAAT YÜRÜYÜŞ EDİN
Nəbzin sayı və ürək sağlamlığı baxımından məşqlər vacibdir. "Bir ay məşq elədim, nəbzimin döyüntüsündə dəyişiklik olmadı” deyə düşünmək lazım deyil. Lazımı nəticə əldə etmək üçün mütəmadi məşqlər vacibdir. Davamlı idman damarların gimnastikası kimidir. İdmandan sonra damarların toxumaları güclənir, elastikliyi bərpa olunur. Həmçinin oksigenin səviyyəsi artır. Həftədə ən azı 3 gün, azı yarım saat ortalama 5 km sürətlə yürüyüş kifayətdir. Lakin məqşlərdə ifrata yol verməyin. Bir saatdan çox ağırlıqqaldırma ilə məşğul olmaq ürəyə mənfi təsir edir. Ürəyi genişləndirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət