Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürəyi gücləndirən dəmləmə. Resept

Ürəyi gücləndirən dəmləmə. Resept
Sakura

Ürəyi gücləndirən dəmləmə. Resept

Yaz aylarında ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə xəstəliyin kəskinləşməsi mümkündür.

Ens.az Saglamolun.az-a istinadən  ürəyi gücləndirmək və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün xüsusi dəmləmə reseptini təqdim edir.

1 ovuc kişmiş və 10 ədəd ərik qurusunu yaxşı yuyun, əriyi tikələrə doğrayın. Meyvələri termosa tökün, üzərinə 1 l qaynar su tökün, axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində için. Dəmləməyə şəkər əlavə etməyin.  

Ərik və kişmiş ürəyin fəaliyyətini yaxşılaşdıran kaliumla zəngindir. Həmçinin kalium təzyiqi normallaşdırmağa da kömək edir.

Bu dəmləməni ürək xəstəliklərinin profilaktikası məqsədi ilə də içmək olar.

Həmçinin dəmləmə bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizlikdən xilas edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR