Slimfit
  1. AVTO VƏ MOTO

URAL AVTOMOBİL ZAVODU

URAL AVTOMOBİL ZAVODU
Sakura

URAL AVTOMOBİL ZAVODU HAQQINDA

"Ural" avtomobil zavodu Rusiyanın yük maşını istehsalçısıdır. Tam adı - "URAL" avtomobil zavodu ASC. Çelyabinsk vilayətinin Miass şəhərində yerləşir.
 
SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə yaradılıb. 1991-ci ilə qədər SSRİ Avtomobil sənayesi Nazirliyi daxilində dövlət müəssisəsi idi. 2001-ci ildə tamamilə özəlləşdirilib və "RusPromAvto" maşınqayırma holdinqinə (2005-ci ildən, QAZ Qrup) daxil olub.
 
Baş direktor - Viktor Kadılkindir.
 
TARİXİ
 
5 iyul 1939-cu il - SSRİ döyüş sursatının xalq komissarı Serqeyev, 123cc saylı sərəncam imzaladı: "Çelyabinsk vilayətinin Miass şəhəri ərazisində yenidən inşa edilmiş korpuslu bomba partlayıcıları zavodu 316 saylı adlandırılsın;
 
30 noyabr 1941 – Stalin adına Moskva zavodundan daşınmış, Miass şəhərində avtomühərrik və litium istehsalının təşkili üzrə Dövlət Müdafiə Komitəsinin qərarı;
 
Mart 1942 - yeni zavodun ilk sexinin işə başlaması;
 
Aprel 1942 - ilk mühərriklər və ötürücü qutular yığılmışdır;
 
14 fevral 1943 - zavodun avtomobil istehsalına çevrilməsi;
 
8 iyul 1944 - ilk ZİS-5V yük maşını montaj xəttindən çıxdı;
 
1950-ci illər - "UralZİS" idman tarixinin başlanğıcı. 1957-ci ilin oktyabrında Rostov-na-Donuda Ümumittifaq avtomobil idman yarışları keçirildi. 98 ədəd ZİS-150, QAZ-63, QAZ-51 avtomobilləri, o cümlədən altı UralZİS-355V avtomobilləri iştirak etmişdir. Bütün ilk yerləri Ural komandası qazandı;
 
1958 - Ural, Sibir və Qazaxıstanın qiymətli torpaqlarının öyrənilmsində istifadə olunan UralZİS-355M ikioxlu yük maşını buraxılmışdır;
 
1961 - ilk üçoxlu yüksək keçici qabiliyyətli Ural-375-in buraxılışı. Bu avtomobilin konstruksiyasının hazırlanmasına və istehsalına görə üçün Ural avtomobil zavodu SSRİ XTNS (Xalq təsərrüfatının nailiyyətləri sərgisi) diplomuna layiq görülmüşdür;
 
1962 - zavod öz adını "UralZİS"-dən "UralAZ"-a dəyişdi;
 
1966 - zavod Qırmızı Əmək Bayraq ordeni ilə mükafatlandırıldı;
 
21 yanvar 1986-cı il - milyonuncu avtomobil buraxıldı;
 
İyun 2000-ci il - yenidən qurulmanın bir hissəsi olaraq, "Ural" avtomobil zavodu yaradıldı;
 
2001 - "Ural avtomobil zavodu" ASC, Rusiyanın ən böyük avtomobil holdinqinin - "RusPromAvto"-nun tərkibinə daxil oldu;
 
2005 - QAZ qrupuna daxil olur;
 
2007-2008 - Ural-63685 şassinin aktiv mənimsənilməsi proqramının həyata keçirilməsi. Yükgötürmə qabiliyyəti 40 ton olan qaldırıcı(avtokran), beton qarışdırıcı, avtoçənlər, üçoxlu samosvallar, dəmir daşıyıcı yaradıldı.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR