Slimfit
  1. CƏMİYYƏT

Universitetlər onlayn oldu, kirayə evlər boş qaldı - Mənzil bazarı

Universitetlər onlayn oldu, kirayə evlər boş qaldı - Mənzil bazarı
Sakura

Universitetlər onlayn oldu, kirayə evlər boş qaldı - Mənzil bazarı

Azərbaycanda hər il tələbələr təxminən 10 minə yaxın ev kirayə götürürdü, hazırda paytaxtda bu cür evlərin əksəriyyəti boşdur.

Ens.az xəbər verir ki,daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a bildirib ki, Azərbaycanda hər il nə qədər tələbənin kirayə mənzildə yaşaması barədə dəqiq rəqəm yoxdur: “Qanunla kirayə verilən mənzillər üçün notarial qaydada müqavilə bağlanmalıdır. Bu zaman mənzil sahibi həmin evdən aldığı kirayə haqqına görə 14 faiz vergi ödəməlidir. Vergi çox olduğundan və bu istiqamətdə maarifləndirmə aparılmadığına görə insanlar rəsmi müqavilədən yayınırlar.

Müqavilə olanda bilinir ki, tutalım, bu il 10 min kirayə mənzil verilib. Bu dönəmdə 10 min kirayə müqaviləsinin 2 mini dondurulursa, nə qədər evdə tələbənin qaldığını təxmini bilmək olur.

Əgər rəsmi müqavilə bağalansa, kirayə mənzillərdə nə qədər problemli məsələlərin ortaya çıxdığı məlum olar. Bəzən kirayəçi evi bərbad günə salır, yaxud kirayəçi evə yığışdıqdan bir müddət sonra mənzil sahibi əmlakı satdığını deyib kirayəçini küçəyə atır və sair. Notarial müqavilə olmadığına görə bu cür problemlər yaşanır. Notarial müqavilədə hər kəs üzərindəki öhdəlik qeyd olunur”.

Ekspertin sözlərinə görə, ümumi kirayəyə verilən mənzillərin təxminən 30-40 faizi 200-400 manat arası ucuz mənzillərdir: “Bu mənzillərdə yaşayanların 50 faizi həmişə tələbələr olub. Tələbələr də maddi durumuna görə kateqoriyalara bölünür. İmkanlı ailələrin övladları daha yaxşı şəraitli binalarda, ali təhsil müəssisəsinə yaxın yerlərdə qalırlar. İmkanı zəif ailələrin övladları kənar yerlərdə 80, 100, 150 manatlıq ümumi həyət evlərinə sığınmalı olurlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR