Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatlar qədim təbabət kitablarında aşkar olunub.
Soğan şirəsi bütün orqanizmə güclü mikrob və virus əleyhinə təsir edir, immun sistemini gücləndirir.
Soğan şirəsi bağırsaqlar üçün əsl təbii antiseptikdir.
Bu şirə qanda şəkərin səviyyəsini aşağı salır və bununla da şəkərli diabetdən əziyyət çəkənlərə kömək edir.
Saglamolun.az xəbər verir ki, soğan şirəsi damarları təmizləyin, xolesterinin səviyyəsini və təzyiqi aşağı salır ki, bu da ürək və damar xəstəliklərinin riskini azaldır.
Soğan və soğan şirəsi tanınmış xərçəng əleyhinə vasitələrdir.
Soğan şirəsi nəfəs yolları mikrob və selikdən təmizləyir və bu səbəbdən öskürək və bronxit zamanı çox faydalıdır.
Soğan şirəsi orqanizmi möhkəmləndirir, virus və infeksiyalara davamlılığını artırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Kükürdlə zəngin olduğundan soğan şirəsi dəri, saç və dırnaqların sağlamlığını və gözəlliyini qoruyur.
Soğan şirəsi böyrəkləri duz və qumdan təmizləyir.
Bu şirə yumşaq ödqovucu təsirə malikdir - öd kisəsində durğunluğu azaldır, ödün ifrazını artırır, həzm proseslərini yaxşılaşdırır.
Tanınmış rusiyalı həkim-fitoterapevt Evgeniy Şmerko soğan şirəsini gündə 3 dəfə 1 x.q. olmaqla yeməkdən sonra qəbul etməyi tövsiyə edir. Soğan şirəsini hazırlamaq üçün soğanı xırda doğrayıb tənzifdən sıxın. Ən faydalı şirə qırmızı soğandan hazırlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət