Slimfit
  1. AZƏRBAYCAN

Umayra Tağıyeva: "Güclü külək qarın Bakıya yağmasını əngəlləyib"

Umayra Tağıyeva: "Güclü külək qarın Bakıya yağmasını əngəlləyib"
Sakura

Umayra Tağıyeva: "Güclü külək qarın Bakıya yağmasını əngəlləyib"

"Bu günlərdə ilk dəfə nəhayət ki, qış özünü göstərdi. Demək olar ki, bütün ölkə bəzi yerlərdə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı".

APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan yaxşı qarın Bakıya yağmasını əngəlləyib: "Bu gün axşamadək arabir saniyədə 30  metrədək əsən  güclü külək davam edəcək , gecəyə doğru külək tədricən səngiyəcək. Fevralın 11-də güclü küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR