Slimfit
  1. MƏDƏNİYYƏT

Ulduz (film, 1964)

Ulduz (film, 1964)
Sakura

Ulduz (film, 1964)

"Ulduz" — rejissor Ağarza Quliyevin filmi. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.

Məzmun

Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Film haqqında

Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib. Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə(Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında ing. Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.

Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin(Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin Müəllifi : Süleyman Ələsgərov
Ssenari müəllifi : Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Fogelman
Libretto : Sabit Rəhman
Mahnıların Mətni : Zeynal Cabbarzadə
Quruluşçu rejissor : Ağarza Quliyev
Quruluşçu operator : Yuli Fogelman
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Süleyman Ələsgərov
Rejissor : Niyaz Şərifov
Geyim rəssamı : Faiq Əhmədov
Səs operatoru : Şamil Kərimov
Redaktor : Hüseyn Nəcəfov
Rejissor assistenti : L. Berladir, Əsgər İsmayılov
Operator assistenti : Eduard Qalakçiyev, Valeri Kərimov
Rəssam assistenti : Ə. Əzizov
Rəqslərin Quruluşu : Əminə Dilbazi
Qrim rəssamı : Y. Skaçenkova, Telman Yunusov
Quraşdırılmış səhnələrin operatoru : Yuli Fogelman
Quraşdırılmış səhnələrin rəssamı : N. Xarbikov
Çalır : Azərbaycan Musiqili Komediya Teatrının Orkestri
Musiqi Rəhbəri : Süleyman Ələsgərov
Dirijor : Süleyman Ələsgərov
Filmin direktoru : Bəşir Quliyev
Mahnı İfa edən : Lütfiyar İmanov, Mirzə BabayevMobil Əhmədov

Rollarda

Tamilla Rüstəmova- Ulduz
Hacımurad Yegizarov- Bəxtiyar
Lütfəli Abdullayev- Məhəmməd
Nəsibə Zeynalova- Züleyxa
Məleykə Ağazadə- Nazilə
Bəşir Səfəroğlu- Gülümsərov
Hacıbaba Bağırov- Möhsün
Səyavuş Aslan- Şubay
Suğra Bağırzadə — Yetər
Bahadur Əliyev- Qədir
Əzizağa Qasımov- Əliş
Nəcibə Behbudova- Tamam
Məmmədsadıq Nuriyev- Bayram
Fazil Salayev- Foto-müxbir
Ramiz Məlikov- Kənd sakini
Hacı İsmayılov- Rəqs edən
Mirzəbala Məlikov-Kənd sakini
Əliheydər Həsənzadə-Əbilqasım
Azad Dadaşov-Mahir

Filmi səsləndirənlər

İsmayıl Əfəndiyev-Gülümsərov (Bəşir Səfəroğlu)
Məlik Dadaşov-Möhsün (Hacıbaba Bağırov)
Əminə Yusifqızı-Ulduz (Tamilla Rüstəmova)
Müxlis Cənizadə-Bəxtiyar (Hacımurad Yegizarov)
Həsənağa Turabov-Şubay (Səyavuş Aslan)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR