Dərc edildi: Baxış sayı: 546
Ukraynanın sərhədlərini açacağı vaxt açıqlandı
Ukraynanın Baş naziri Denis Şmıqal dövlət sərhədlərinin açılacağı zamanı açıqlayıb.
Bu barədə o, RBC-Ukrayna telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna Avropa qonşularının qərarına əsasən bu addımı atacaq. Polşa, Macarıstan və Rumıniya öz sərhədlərini açandan 30 gün sonra Ukrayna da sərhədlərini açmağı planlaşdırır.
D.Şmıqal bunu Avropanın Ukraynadan xeyli əvvəl karantin tətbiq etməsi ilə izah edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət