Slimfit
  1. SİYASƏT

Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə məqalə yayıb

Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə məqalə yayıb
Sakura

Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə…

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın “Fakt” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

E.Hüseynli bildirib ki, bu müzakirələrdə bəzi tarixi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın yalanlarını ifşa etdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, həmçinin Xocalı soyqırımını törətdiyini bəyan etdi. Bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımır.

AZƏRTAC-ın xüsusi müxbiri yazır ki, bu cür həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması böyük önəm kəsb edir. Münaqişələr ədalətli şəkildə həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi zamanında ədalətli həll olunsaydı, bu gün Ukrayna da daxil olmaqla başqa ölkələrdə yeni münaqişə ocaqları yaranmazdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR