Dərc edildi: Baxış sayı: 472
Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Noyabrın 8-də Ukraynanın Xarkiv şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.
“Report” xəbər verir ki, bu barədə şəhər meri Hennadiy Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.
Görüş zamanı həmçinin iki ölkə arasında turizm əməkdaşlığı, Ukrayna iqtisadiyyatına Azərbaycan sərmayələrinin yatırılması məsələləri müzakirə olunub.
“Həqiqi təmas nöqtələrini tapmaq, qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın günlərdə Ukraynada iqtisadi forum keçirməyi nəzərdə tuturuq” – deyə səfir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət