Dərc edildi: Baxış sayı: 286
Ukrayna XİN Lavrova cavab verib: "Bütün hallarda F-16-ları əldə edəcəyik”
“Biz bütün hallarda F-16 qırıcı təyyarələrini əldə edəcəyik”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.
O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur: “Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.
Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də F-16-ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət