Ukrayna hərbi təşəbbüsü ələ alıb - Danilov
Ali Baş Komandanın rəhbərlik etdiyi Ukrayna rəhbərliyi hərbi təşəbbüsü ələ almaq prosesinə başlamağa müvəffəq olub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Feysbuk səhifəsində yazıb.
“Qəhrəmanca mübarizənin beşinci günü. Ordumuz, bütün təhlükəsizlik və müdafiə sektorumuz tam səfərbərlik rejimində işləyir. Ukraynanın Ali Baş Komandanı, Prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna hərbi rəhbərliyi hərbi təşəbbüsün qarşısını almaq prosesinə başlamağa müvəffəq olub. Putinin işğal planının mərkəzi nöqtəsi Ukraynanın paytaxtı Kiyev şəhərinin ələ keçirilməsi və Rusiyanın oyuncaq hökumətinin yaradılması idi. Bu günə qədər planının məqsədlərindən heç birinə nail olmayıb. Bütün istiqamətlərdə cavab verilib”, – Danilov yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət