Ukrayna əks-hücumu: ruslar yeni səfərbərliyə başlayır
Ukrayna hərbçiləri Robotinonu azad etməklə daha da irəliləmək üçün vacib bir nöqtəyə adlayıb. Müdafiə qüvvələrinin cənubda hücumu rus qoşunları arasında böyük itkilərə səbəb olub və bu da Rusiyada səfərbərlik müzakirəsinin yaranmasına əsas səbəbdir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.
“Görünən odur ki, ehtiyatlarımızın heç də hamısı hələ hücum əməliyyatlarına cəlb olunmayıb. Bu qənaətə açıq mənbələrdəki məlumatlardan da gəlmək olar. Çünki hələ döyüş meydanında Britaniyanın “Çallenger” tanklarını və Polşanın “Rosomak” zirehli transportyorlarını görməmişik. Bu texnologiyanın yalnız bir hissəsidir. Öz növbəsində, Zaporojye cəbhəsində rusların sərbəst ehtiyatlarla bağlı problem yaranıb”, - Kiriçevski bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət