Slimfit
  1. DÜNYA

Ukrayna ehtiyatda olanları təcili toplamağa başladı

Ukrayna ehtiyatda olanları təcili toplamağa başladı
Sakura

Ukrayna bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin genişmiqyaslı toplanışına…

Ukrayna bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin genişmiqyaslı toplanışına başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Nazirlik bu addımın Ukraynanın 10 bölgəsində tətbiq edilən hərbi vəziyyətlə bağlı olduğunu bildirib. Xüsusilə, bu toplanışların briqadalar və təlim mərkəzlərində həyata keçiriləcəyi vurğulanıb. Toplanışların yeni ilə qədər bitəcəyi bildirilib.

Qeyd edək ki, Kerç böhranından sonra Ukraynanın Rusiya ilə sərhədi, Dnestryanı ilə sərhədi və Qara dənizlə Azov dənizi sahilindəki vilayətlərində hərbi vəziyyət tətbiq edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR