Slimfit
  1. DÜNYA

Ukrayna “Coca-Cola” və “Pepsi”siz qala bilər

Ukrayna “Coca-Cola” və “Pepsi”siz qala bilər
Sakura

Ukrayna “Coca-Cola” və “Pepsi”siz qala bilər

Ukraynada içməli suyun təmizlənməsi ilə bağlı problemlər “Persi” və “Coco-Cola” da daxil olmaqla, bir sıra şirkətlərin istehsalının dayanmasına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda Avropa Biznes-Assosiasiyasının direktor müavini S vetlano Mixaylovskaya “Qromadsk” radiosuna müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, assosiasiyaya artıq bir neçə müəssisə müraciət edərək onların biznesi üçün kritik vəziyyət haqqında bildirib.

“Müəssisələrdə xlor ehtiyatları yoxdur. Bu gün artıq bir müəssisənin fəaliyyətinin dayandırılmasından söhbət gedir”, - o bildirib.

Qeyd edək ki, iyunun ortasında Ukraynanın kimya sənayesinin ən böyük müəssisələrindən olan “Dneprazot” zavodu təbii qazın yüksək qiymətlərə görə işini qeyri-müəyyən müddətə dayandırıb. Bununla əlaqədar olaraq “Kievvodokanal”dan xəbərdarlıq ediblər ki, Ukraynanın su təsərrüfatında içməli suyun dezinfeksiya edilməsi ilə bağlı çətin vəziyyət yaranıb. Hesablamalara görə, xlor ehtiyatları bəzi müəssisələrdə yalnız 7-20 gün kifayət edəcək.

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR