Dərc edildi: Baxış sayı: 324
Ukrayna bizdən bunu istəmir - NATO
NATO Ukrayna ərazisinə qoşun yerləşdirməyi planlaşdırmır, lakin ona kifayət qədər hərbi yardımın göstərilməsi vacibdir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Stoltenberq xatırladıb ki, ABŞ və Avropadan Ukraynaya silah tədarükünün gecikməsi səbəbindən Rusiya qüvvələri hücum əməliyyatlarında irəliləyişə nail ola bilib.
“NATO Ukraynaya qoşun yeritmək niyyətində deyil, mən keçən həftə Ukraynaya səfər edəndə ukraynalılar NATO əsgərləri deyil, daha çox hərbi dəstək istədilər”, - deyə baş katib vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət