Slimfit
  1. SİYASƏT

Ukrayna Ali Radası ermənilərin saxta gözyaşlarına inanmır - ŞƏRH

Ukrayna Ali Radası ermənilərin saxta gözyaşlarına inanmır - ŞƏRH
Sakura

Ukrayna Ali Radası ermənilərin saxta gözyaşlarına inanmır - ŞƏRH

Fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümüdür. Bu faciəni Rusiyanın 366-cı motoatıcı alayı ilə Ermənistan və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri birlikdə həyata keçiriblər. Faciə nəticəsində Xocalıda 613 nəfərin həyatına son qoyulub.

Dünyanın bir sıra ölkələri, o cümlədən Çexiya, Şotlandiya, Rumıniya, İordaniya, Pakistan, Sudan, Meksika, Panama, Peru, Qvatemala, ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər və bu siyahı artmaqdadır.

Azərbaycanın ən yaxın müttəfiqlərindən sayılan Ukraynanın Ali Radasının da Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın tanınması məsələsini müzakirəyə çıxaracağı gözlənilir. Faciəni qəbul etmiş parlamentlərin Xocalı soyqırımına münasibətini ədalətli saymaq olar. Yəni hazırda beynəlxalq aləmin İkinci Dünya müharibəsi zamanı yəhudilərin başına açılan müsibətləri, yaxud Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində müsəlman boşnaklara qarşı törədilən vəhşilikləri soyqırım olaraq qəbul edirsə, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edən erməni terrorçularının və Rusiya motoatıcı alayının törətdiyi vəhşilikləri də soyqırım olaraq qəbul etməsi tarixi ədalətdir.

Lakin bu məsələdə Ermənistanı və dünya ermənilərini qıcıqlandıran məqamlar da var. Vurğulamaq lazımdır ki, ermənilərin tarixi uydurması, yəni 1915-ci ilin aprel ayında baş vermiş hadisəni soyqırım kimi Ukrayna parlamentində müzakirə olunub, qəbul olunacağı ilə bağlı xəbərlər yayılmışdı. Ancaq qanunverici orqan həmin sənədi müzakirəyə çıxarmaqdan imtina edib. Nəzərə almaq lazımdır ki, həmin saxta tarix ilə bağlı qanun layihəsini parlamentə hakim Xalqın Xidmətçisi Partiyasının deputatı Darya Volodina hazırlayıb vermişdi.

Layihə “Erməni soyqırımı qurbanlarının anılması” adlanır. Bütün hallarda onun qəbul edilməməsi, yaxud məsələnin Ukrayna Ali Radasında müzakirəyə çıxarılmaması ədalətli qərardır. Sadəcə olaraq, Ermənistan və erməni diasporası dünyanın müxtəlif ölkələrinin qanunverici orqanlarında bu məsələnin gündəmə gətirilməsinə çalışırlar.

Bu, ermənilərin və onların maraqlarına xidmət edən lobbi dairələrinin qondarma erməni soyqırımı ilə bağlı məsələni Ukrayna Ali Radasında müzakirəyə çıxırılması üçün etdikləri ilk təşəbbüs deyil. 2013-cü, 2015-ci və 2019-cu illərdə də buna cəhd edilib.

Tarixi ədalət, tarixə hörmətlə yanaşan dövlətlərin parlamentləri adətən keçmişdə baş verən hadisələri tarixin ixtiyarına buraxırlar. Bu baxımdan Ukrayna parlamentində də məsələnin müzakirə olunmaması anlaşılandır, ancaq məsələyə başqa yönlən də baxmaq məqsədəuyğun olar. Çağdaş dövrün tarixi də Ermənistanın və ermənilərin destruktiv fəaliyyətini təsdiqləyir. Onların dünyada demokratiya, təhlükəsizliyə vurduğu zərbəni, cinayətkar fəaliyyətlərini sübut edir. Məsələn, Almaniyada erməni mafiyasını müasir dünya çox yaxından tanıyır. Almaniya polisi bu cinayətkar qrupla bağlı öz ədalətli mövqeyini bildirib və qruplaşmanın üzvlərini həbs edib. Yaxud Ukraynanın hüquq-mühafizə orqanları da ermənilərin qanunsuz fəaliyyətini, ermənilərin dünyada separatizmi dəstəkləməsini, terrorçu hərbi birləşmələrə qoşulmalarını təsdiqləyib. Ermənistanın Suriyada destruktiv qüvvələri dəstəkləməsi, sülhə mane olan qruplaşmaları müdafiə etməsi, öz xalqının qanına əli batan Bəşşar Əsəd rejiminə dəstək çıxması bunu bir daha sübut edir.

Üstəlik, qeyd etmək lazımdır ki, Ermənistan və dünya ermənilərinin Ukrayna ərazi bütövlüyünə də münasibəti heç də birmənalı deyil. Başqa sözlərlə, bu, Ermənistan hakimiyyətinin Ukrayna ərazi bütövlüyünə hörmətsizliyidir. Ötən ilin noyabr ayında Ukraynanın Ermənistandakı səfirliyi “Facebook” səhifəsində Ermənistan vətəndaşlarının Krım yarmadası ərazisinə qanunsuz səfəri ilə bağlı məlumat dərc etmişdi. O zaman Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Ermənistan hakimiyyətinin öz vətəndaşlarının sərbəst hərəkət etmək hüququnu məhdudlaşdırmayacağını bildirmişdi. Bu, əslində, Ermənistanın Ukrayna ərazi bütövlüyünə gerçək münasibətinin göstəricisidir.

Bundan başqa, Yerevandan Simferopola hər gün təyyarə reysi var. Bu təyyarə biletlərinin qiyməti, təxminən, 120 ABŞ dollarıdır. Bəlkə də Ukrayna Ali Radası əvvəllər ermənilərin istəyini təmin etmək üçün hansısa addımı ata bilərdi, ancaq indiki şəraitdə, ərazisinin bir hissəsinin ilhaq edildiyi zamanda, habelə ərazisinin bir hissəsində münaqişənin davam etdiyi dövrdə Ali Radanın üzvləri, eləcə də siyasi dairələr və hakimiyyət Azərbaycanın ərazisinin işğal olunmasını, Xocalı soyqırımı hadisəsini daha praktik anlaya bilir.

Azərbaycan tərəfi rəsmi olaraq həmişə bu məsələni bütün mütərəqqi, ədalətsevər dünya ictimaiyyətinin diqqətinə çatdırır. Xocalı soyqırımı müasir dünyanın üz qarasıdır. Bunu törədən, dünyanın tarixinə salan isə Ermənistan və cinayətkar ermənilərdir. Ukrayna Ali Radası isə Xocalı soyqırımını məsələsini müzakirə etməklə dünyanın üz ləkəsi ilə bağlı üzərinə düşən məsuliyyəti həyata keçirmiş olur. 

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR