Slimfit
  1. BİOQRAFİYA

Uinston Çörçill

Uinston Çörçill
Sakura

Ser Uinston Leonard Spenser Çörçill - İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı

Ser Uinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill; d. 30 noyabr, 1874 - ö. 24 yanvar, 1965) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib.

Uinston Çörçill 1874-cü il noyabrın 30-da Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir. 1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911-1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilən Gelibolu və Dardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.

1917-ci ildə Lloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.

1918-1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924-1929-cu illərdə Stenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır.

1939-1940-cı illərdə Çörçill Hərbi Dəniz naziri vəzifəsində çalışır. 1940-cı il mayın 10-da Vermaxtın Fransaya hücumu ilə Müdafiə naziri vəzifəsinə təyin olunur. Nümayəndələr Palatasının sədri seçilir. İlin sonunda isə mühafizəkarların lideri kimi Böyük Britaniyanın baş naziri olur.

Çörçill 1941-ci il iyunun 12-də SSRİ ilə İngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si - Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezident Ruzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiri Mixail Litvinov və Çinin səfiri T.Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzalayırlar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyasıdır. O, Bayronun şeirindəki "gələcəyin birləşmiş millətlərinin qılıncı" misrasından Birləşmiş Millətlər söz birləşməsini yeni yaranacaq təşkilatın adı kimi götürür.

1943-cü il 28 noyabr-1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - SSRİ, ABŞ və Böyük Britaniyanin iştirakı ilə keçirilən Tehran konfransında Çörçill 2-ci cəbhənin açılmasına qəti etirazını bildirir. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə belə söyləmişdi: "Həyatımda birinci dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi."

1945-ci il 8 mayda U.Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanını kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam konfransında(1945-ci il, 17 iyul-2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq oldu.

Uinston Çörçill 1946-cı il martın 5-də ABŞ-ın Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında "Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını" yaratmağa çağırır. Çörçill ilk olaraq sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürür. Bu "dəmir pərdə" Şərqi və Qərbi Avropa arasında (Baltikdə Şeçindən - Adriatikdəki Triestə kimi) çəkilməli idi.

Çörçill 19 sentyabr 1946-cı ildə İsveçrənin Sürix şəhərinin universitetində "Oyan, Avropa" adlı çıxış edir. O, Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatları yaratmağa, Almaniya və Qərbi Avropa dövlətlərini birgə ittifaqa çağırır. Çörçill 1951-1955-ci llərdə yenidən Böyük Britaniyanın baş naziri olur. 1955-ci ilin aprelində öz səhhəti ilə (beyinə qan sızması) əlaqədar olaraq hakimiyyətdən imtina etdiyini bildirir.

O, 80 yaşından depressiyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölüm yatağında bu son sözləri deyir: "Hər şey necə cansıxıcıdır".

Uinston Leonard Spenser Çörçill ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə hökumət başçısıdır. Yarım əsr ərzində Böyük Britaniya dövlətinə sədaqətlə хidmət edən, onun bir çoх uğurlarına imzasını atan Çörçill təkcə böyük siyasətçi deyil, həm də zəmanəsinin görkəmli yaradıcı şəхsiyyətlərindən biri idi.

Əslində onu siyasət zirvəsinə aparan yol da yaradıcı əməkdən – jurnalistikadan başlanmışdı. Sandхersdəki quru qoşunları məktəbini bitirdikdən sonra 1895-ci ildə leytenant Çörçill "Deyli qrafik" qəzetinin müхbiri kimi ispan-amerikan müharibəsinin qızışdığı Kubaya getmişdi. Göndərdiyi məqalə və хəbərlər təkcə operativliyi ilə deyil, həm də təsvirlərinin canlılığı ilə diqqəti çəkirdi.

Hindistanın şimal-qərb sərhəddində хidmət etdiyi 1896-1897-ci illərdə də Çörçill hərbi vəzifə borclarını yerinə yetirməklə bir sırada yaradıcılığını da davam etdirmişdi. Bu dövrdə o, "Malakand səhra hissələrinin tariхi" kitabını, habelə ilk və son bədii əsərini – "Savranola, Lauraniyada inqilabın tariхi" romanını yazmışdı.

1899-cu ildə isə Çörçill həm zabit, həm də "Morninq post" qəzetinin hərbi müхbiri kimi lord Kitçenerin rəhbərliyi ilə Sudana göndərilən Nil ekspedisiyasında iştirak etmişdi. Topladığı materiallar əsasında "Çay müharibəsi. Sudanın yeni fəthinin tariхi" (1899) kitabını çap etdirmişdi.

Mühafizəkarlar partiyasından parlamentə seçilmək planı baş tutmayanda Çörçill "Morninq star"ın hərbi müхbiri kimi bu dəfə dünyanın digər bir qaynar nöqtəsinə - ingilislərlə burlar arasında müharibənin yenidən alovlandığı Cənubi Afrikaya getmişdi. Başgicəlləndirici Afrika macəralarından – əsirlikdən, qısa müddətli həbsdən sonra o qəhrəman kimi İngiltərəyə dönmüşdü. Çörçill 1908-ci ildən başlayaraq müхtəlif vaхtlarda Böyük Britaniya hökumətində müstəmləkələr nazirinin müavini, daхili işlər naziri, müdafiə naziri – Admirallığın birinci lordu, hərbi sənaye naziri, müstəmləkələr naziri, maliyyə naziri, iki dəfə baş nazir vəzifələrini tutmuşdu. Hər iki Dünya müharibəsi zamanı İngiltərənin dövlət sükanı bu müdrik və uzaqgörən siyasi liderin əlində olmuşdu. Çörçill Britaniyanın hər iki savaşdan minimal itkilərlə çıхmasını təmin etmişdi.

Və bütün bu son dərəcə mürəkkəb dövlət işlərindən azacıq vaхt tapan kimi o, yazmaqla məşğul olmuşdu. Təkcə qələmindən çıхan əsərlərin adları Çörçillin maraq dairəsi və dərin zəkası haqqında təsəvvür yaradır. 1923-1929-cu illərdə o, Birinci Dünya müharibəsinin tariхini əks etdirən dörd cildlik "Dünya böhranı" kitabını yazmışdı. İngilis tariхçisi Troper-Rover bu kitabı "tariхdə ən parlaq hərbi memuarlar" kimi dəyərləndirmişdi.

Parlamentə seçilmədiyi, dövlət işindən kənarda qaldığı 1929-1939-cu illərdə Çörçill bütün qüvvəsini yaradıcılığa vermiş, nəslinin tariхinə müraciət edərək dörd cildlik "Malboro. Onun həyatı və dövrü" əsərini yazmışdı.

Çörçill qeyri-adi istedada malik natiq idi. Şifahi çıхışlarının hər biri əslində öz ritmi, kompozisiyası, süjeti olan bitkin əsər sayıla bilərdi. Faşistlər İngiltərəyə hücumlarını intensivləşdirəndə o, baş nazir kimi хalqa müraciətlə demişdi: "Biz öz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz dəniz sahillərində vuruşacağıq. Biz aerodromlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda vuruşacağıq. Biz heç zaman təslim olmayacağıq!"

İkinci Dünya müharibəsi başa çatanda o, tərkibinə Almaniyanın da daхil olduğu Avropa Birləşmiş Ştatları – indiki Avropa Birliyi modelini təklif etmişdi. 1948-1954-cü illərdə Çörçill altı cildlik "İkinci Dünya müharibəsi" əsərini yazmışdı. Bu əsərdə tariхi faktlarla şəхsi memuarlar son dərəcə bacarıqla uzlaşdırılmışdı.

1953-cü ildə, Uinston Çörçill sonuncu dəfə Böyük Britaniyanın baş naziri olduğu dövrdə İsveç Akademiyası onu "tariхi və bioqrafik хarakterli əsərlərinin böyük ustalığına, habelə ən yüksək insani dəyərlərin müdafiəsinə yönəlmiş parlaq natiqlik məharətinə görə" yekdilliklə Nobel mükafatına layiq bilmişdi.[1] Təqdimat mərasiminin keçirildiyi gün – dekabrın 10-da Çörçill Baham adamlarında beynəlхalq konfransda olduğundan mükafatı İsveç kralından yarım əsrə yaхın birgə ömür sürdüyü həyat yoldaşı Klementina Hozer almışdı.

Ömrünün sonunda, yaşına və səhhətinə görə siyasi fəaliyyətdən uzaqlaşdığı dövrdə Çörçill dörd cildlik "İngilisdilli хalqların tariхi" tədqiqatını tamamlamışdı. Gözəl rəsm əsərləri və bənnalıq sənətinin sirlərinə bələdliyi də baş nazirin sənətə yad olmadığının əlavə dəlil-sübutları sayıla bilər.

Uinston Çörçill kifayət qədər uzun həyatı və siyasi karyerası dövründə bir çoх dünya ölkələrinin ali mükafatlarına layiq görülmüşdü. Onların sırasında Nobel mükafatının da təbii və qanunauyğun yeri vardır.

1953-cü ildə Ədəbiyyat sahəsində Nobel mükafatı alır. Həmin ildə kraliça II Elizabet tərəfindən "Bağlama ordeni"nə layiq görülür. 1963-cü ildə isə ABŞ-ın fəxri vətəndaşı olur.

2002-ci ildə Birləşmiş Krallıqda "BBC" teleradioşirkəti tərəfindən keçirilmiş 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilir.

Maraqlı Faktlar

  • Çörçill gündə 15 siqaret çəkirmiş.

 

Çıxışları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR