Slimfit
  1. DÜNYA

Uhanda karantin rejimi ləğv edildi

Uhanda karantin rejimi ləğv edildi
Sakura

Uhanda karantin rejimi ləğv edildi

Koronavirusun ilk yayılmağa başladığı yer olan Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.

Report” “The Global Times”a istinadən xəbər verir ki, yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.

Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.

Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 434 000-i ötüb. Bunların 302 964 nəfəri sağalıb, 82 191 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR