Slimfit
  1. PSİXOLOGİYA

Uğurlu iş adamı üçün 10 məzəli tapşırıq

Uğurlu iş adamı üçün 10 məzəli tapşırıq
Sakura

Uğurlu iş adamı üçün 10 məzəli tapşırıq

Sahibkar olmağa qərar verəndə ilk növbədə bacarıq və bilik çatışmazlığı ilə qarşılaşdım. Mən çevik düşünmək və hazırlıqsız danışmaq qabiliyyətində deyildim, ona görə sata bilmirdim və başqa insanlarla qarşılıqlı əlaqələri pis qururdum. Bu siyahını sonsuzadək uzatmaq olar.

Ens.az saytının təqdim etdiyi bu yazıda Neil Patel sizə iş üçün bütün lazımi bacarıqları necə inkişaf etdirəcəyini izah edəcəkdir.

Nə düşünürsünüz, sizcə neylədim? Təslim oldum?

Əlbəttə ki, xeyr! Bunun əvəzinə biznes qurmaq üçün lazım olan bütün bacarıqları inkişaf etdirdim. Necə? Bu işdə mənə kömək edən 10 unikal tapşırıq hazırladım.

1 nömrəli tapşırıq. Ticarət danışıqları zamanı ixtiyari sözlərdən istifadə edin

Satışa nail olmaq üçün sözlərin tez və dəqiq seçilməsini mütləq öyrənməlisiniz. Həmsöhbətin hansı sualı verəcəyini əvvəlcədən bilmirsiniz, odur ki, sadəcə tez düşünməyi bacarmalısınız.

Tez düşünməyi öyrənmək üçün bir dostunuz və ya həmkarınızla "satmaq" işi ilə bağlı zəngləri təcrübədən keçirməyə başlamalısınız. Bunun üçün sizə lazımdı ki, telefonu dinamikə qoyaraq , dostunuzdan və ya iş yoldaşınızın təsadüfi sözlər "atmağı" xahiş edəsiniz ki, o sözlərdən növbəti replikada istifadə edə biləsiniz.

Bir misal: Mən satış barədə danışıqlar aparırdım və dostum məndən növbəti cümlədə "günəşdə qaralma" və "sendviç" sözlərini istifadə etməyimi istədi. Və mən potensial müştəriyə dedim ...

Sizin təcrübəniz və mənim marketinq bilgilərimlə növbəti 6 ay ərzində biz çimərlikdə dincələrək günəşdə qaralmaq, pivə və hamburgerdən ləzzət ala bilmək üçün hər şeyi edəcəyik.

Ilk baxışda belə bir oyun olduqca mürəkkəb görünə bilər, ancaq zaman keçdikcə sizin üçün çox asan olacaq. Bu məşqlə, yaradıcılığı inkişaf etdirə və satışda zəruri olan özünə inamı artıra bilərsiniz.

2-ci tapşırıq - 5 fakt tapın

Hər iş görüşməsinə və telefon danışıqlarına hazır olun. Yalnız şirkət haqqında deyil, həm də ünsiyyət quracağınız insan haqqında məlumata diqqət edin. Sizə pulu təşkilat ödəyir, ancaq bu barədə qərarı orada işləyən insanlar verirlər.

Bir şəxs haqqında sadəcə Google-da adını yazmaqla və Rapportive kimi vasitələrdən istifadə etməklə də məlumat toplaya bilərsiniz. Bundan əlavə, sosial şəbəkələr var - bu gün insanların həyatı əsasən aşkardır.

Hansısa şirkətdə çalışan və ya oranı təmsil edən insanlar haqqında bir şey bilmək şübhəsiz vacibdir, çünki hamımız özümüz kimi olanlarla iş aparmağı üstün tuturuq. Bir balaca məlumat toplamaqla, razılaşma şansınızı artırırsınız.

Həm də yaxşı bir tədqiqatçı olmağı öyrənmək heç vaxt ziyan gətirməz. Bir sahibkar olsanız, maraq doğuran suallara hər zaman cavabınız olmayacağını qəbul etməlisiniz, buna görə də onları özünüz axtarmağı öyrənməlisiniz.

Tapşırıq 3. Publik olaraq birmənalı qarşlanmayacaq "ət tökən" bir şey edin

Qorxu - çoxumuzu tutub saxlayan bir nəsnədir. Həyatda olduğu kimi, işdə də yəqin ki, başqalarının sizin bərədə nə düşündüyü ilə maraqlanırsınız. Buna görə, çox güman ki, ləyaqətsiz və ya utanc verici hesab edilə biləcək işləri görməkdən qorxur və başqalarının sizi mühakimə etməsinə icazə verirsiniz.

Bu problemlə mübarizə yollarından biri, hamının gözünün qabağında əttökən bir şey etməkdir. Məsələn, səkidə tam geyinili olmadan 10 dəqiqə uzanın.

Söz yox ki, əvvəlcə özünüzü çox narahat hiss edəcəksiniz, amma sonra buna mütləq öyrəşəcəksiniz.

Hər həftə bu kimi bir şey etməklə, başqalarının sizin haqqında nə düşündüyü barədə daha az düşünməyə başlayacaqsınız. Nəticədə, bu yanaşma əlbəttə ki, sahibkarlıq həyatına təsir edəcək və uğur qazanmaq üçün lazım olanı etməyə başlayacaqsınız (əlbəttə ki, etik normalara zidd olan hərəkətlərə meyl etməyin).

Qorxu və ya duyğuların tərəqqinizə mane olmasına imkan vermək sizə lazım olan ən sonuncu işdir.

Tapşırıq 4. Hər gün xəbərləri izləyin

Zövqünüzə görə bir neçə xəbər saytı seçin və hər gün baxın. Bu, informasiya portalı və ya televiziya ola bilər - şübhəsiz ki, indiki dövrdə məlumat mənbələri çatışmazlığı yoxdur. Xəbərləri gündəlik oxumaqla, cari hadisələrə dair ətraflı bir təsəvvürə sahib olacaqsınız.

Bu nə üçün vacibdir?

Gündəlik xəbərləri hər gün oxumağın iki səbəbi var:

 

  1. Mövcud hadisələr biznesə təsir göstərir - əgər dünyada ciddi bir şey baş verərsə, bu hadisənin işinizə mənfi və ya müsbət təsir göstərəcəyini gözləyə bilərsiniz. Buna görə də, baş verən hər şeydən xəbərdar olmalısınız. Məsələn, dostlarımdan biri silah işi ilə məşğul olur. Hər dəfə hansısa məktəbdə atəş açıldıqdan sonra satışının yüksəldiyini görür. Silah istifadəsi ilə bağlı istənilən hadisə dəhşətlidir, amma bunun nə zaman baş verdiyini bilməlidir ki, həmin ərəfədə satışın artmasını marketinq şirkətinin uğuru ilə əlaqələndirməsin.
  2. İnsanlar həmişə dünyada baş verənləri müzakirə edirlər - iştirak etdiyiniz işgüzar görüşlərdə və ya işinizin tələb etdiyi hər hansı digər ünsiyyət zamanı yəqin ki, cari hadisələrə dair mövzulara toxunan insanlara rast gələcəksiniz. Dünyada baş verən aktual olaylardan yaxşı xəbərdarsınızsa, mütləq savadlı və çevik düşüncəli insan təəssüratı yaradacaqsınız. Bundan əlavə, bu, sizə söhbətdə iştirak etməkdə kömək edir.

Sizə mənim hansı saytları daha çox izləməyim maraqlıdırsa, bu BBC və "the economist"-dir.

Tapşırıq 5. İşinizlə bağlı rəqəmləri yadda saxlayın

Sahibkarlarla söhbət edərkən diqqət edirəm ki, çox şeyi xatırlamırlar, bilirsiniz əsas nəyi unudurlar? - İşlərinə dair rəqəmləri, hansı işə nə qədər xərclədilklərini və s.

Sahibkar olsanız, aşağıdakı sualları verdikdə, sizi çətin vəziyyətdə qoyacaq müştərilər və istehlakçılarla qarşılaşacaqsınız :

Xərcləriniz nə qədərdi? Nəticə əldə eləməyə nə qədər vaxt lazımdır? Neçə müştəriniz var?

Bu suallar ilk baxışda elementar görünür - əslindı elədir ki var, ancaq bir çox sahibkar belə sualların ya cavabını unutduğuna, yaxud sadəcə bilmədiklərinə görə məzəli vəziyyətə düşürlər.

Ancaq əgər belə sadə suallara cavab verə bilmirsinizsə, onda işdə nə qədər peşəkarsınız?

Həmsöhbətləriniz də məhz belə düşünəcək. Tam cavabın yoxluğu sizin təcrübəsizliyinizi göstərir və sizinlə əməkdaşlığın məqsədəuyğunluğunu şübhə altına qoyur.

İşinizlə əlaqəli bütün rəqəmləri əzbərləyin, yadda saxlayın. Bu, işinizi daha yaxşı dərk etmıyinizə və onu böyüməsi üçün nə etməli olduğunuza kömək edəcəkdir.

Tapşırıq 6. Əylənin

Hər hansı tədbirdə, əyləncəli bir gecədə və ya dostlarla adi görüş zamanı necə davranmağı bilməlisiniz. Xəyalən uşaqlıq dövrünüzə qayıdın ... Həyatdan ləzzət alırdınız, deyilmi? Veyillənirdiniz, dostlarınızla deyib' gülürdünüz və gözəl anlar yaşayırdınız.

Böyüklər çox vaxt əylənməyin nə demək olduğunu unudurlar. Ancaq iş barədə düşünürük, amma əslində əyləncədən uzaq durmaq iş üçün də pisdir. Siz tez bir zamanda usana bilərsiz və bu, son nəticədə mənfəətin azalmasına gətirib çıxarar.

Arada işdən necə uzaqlaşmalı ? (soruşursunuz)

İllər keçdikcə başa düşdüm ki, keyfiyyətli məhsul və ya xidmət istehsal etmək kifayət deyil. Biznes etmək üçün bəzi insanlar bununla əlaqəli hər kəslə dil tapmalıdır. Başqalarını əyləndirməyi bacarmalısınız.

Əyləncə üçün böyük xərc çəkmək vacib deyil, bunu sadə formada da təşkil etmək olar - məsələn, elə də böyük olmayan kompaniyada palçıq yarışması keçirmək. Əsas odu ki, hamı əylənə bilsin. Bununla müştəri bazanıza təsir edərək onu artıra bilərsiniz.

Tapşırıq № 7. İnsanları mühakimə etməyi qurtarın

Kim mühakimə olunmağı sevir? Məsələn, mən qətiyyən xoşlamıram ...

Ancaq hamımız insanıq və içimizdən başqalarını, geyindikləri, necə görünmələri, danışdıqları və ümumiyyətlə yaşamları ilə bağlı mühakimə etmə meylinə sahibik. Ancaq başqalarını günahlandırmamalısınız. Hər kəs istədiyi kimi yaşasın, əgər hərəkətləri etikaya zidd deyilsə. Bir insan xoşbəxtdirsə, onun üçün şad olmalısınız.

Hakim rolunu qəbul edərək özünüz üçün bir çox qapı bağlamağa, yəni könüllü olaraq potensial işgüzar əməkdaşlıqdan imtina edirsiniz və boş yerə özünüzə düşmən qazanmağa başlayırsınız.

Bəs insanları mühakimə etməyi necə dayandırmaq olar?

Hər dəfə kimsə sizi qınamağa səbəb olan bir şey edərsə, özünüzə deyin: "Mən onu mühakimə etmək fikrində deyiləm." Bilirəm axmaq səslənir, amma işləyir. Bir müddət sonra başqalarını günahlandırmaq fikrindən vaz keçirsiniz.

Tapşırıq 8. Boş yerə danışmağı dayandırın

Dünyadakı ən müvəffəqiyyətli boşboğaz olsanız belə, fərqi yoxdur ... İnsanlar nifrət edirlər. Eyhamlarla danışmağı dayandırın və işə başlayın.

Növbəti dəfə dostlarınız və ya həmkarlarınızla birlikdə istirahət edərkən daha qısa danışmağa çalışın. Əlbəttə ki, çox düz danışmaqla insanlara narahatlıq gətirməyiniz lazım deyil, amma əgər söhbət işdən gedirsə, elə iş haqqında danışmaqdan daha yaxşı bir şey yoxdur.

Başqaları, məsələn, işçilər və ya potensial müştərilər, mahiyyətdən uzaq, mənasız söhbətlərə başlasalar, onları tərk etməyə çalışın və söhbəti daha mənalı hala gətirin. Əlbəttə ki, kimisə uyğun olmayan bir duruma salmaq istəməyəcəksiniz, amma sonunda düzgün yanaşma ilə hər kəs mətləbə keçmək lazım olduğunu başa düşəcəkdir.

Sözünü kəsmək heç kəsin xoşuna gəlməyəcək, lakin çoxu sizə daha çox hörmət edəcəkdir. Bu yanaşma, yeni razılaşmalara səbəb ola biləcək, etimadınızı vurğulayacaqdır.

Tapşırıq 9. "Heç nə haqqında" söhbətləri 30 dəqiqə ərzində aparın

Yarım saat ərzində hər cür cəfəngiyat barədə danışmağa çalışmısınız? Bəzən ən aktual mövzularda belə yarım saatlıq dialoqun olması çətin ola bilər!

Bir restorana, bara, kafe və ya iş yerində tanış ola bilmədiyiniz təsadüfi bir insanla görüşə biləcəyiniz başqa bir ictimai yerə getməyi təklif edirəm.

Tanış olmadığınız birinə yaxınlaşın, ən boş, axmaq mövzuda bir söhbətə başlayın. Söhbəti 30 dəqiqə davam etdirməyə çalışın. Həmsöhbətin söhbətə marağının azaldığını görsəniz, bitirin və özünüzə başqa bir obyekt tapın.

İlk 5 dəqiqə sizin üçün çətin olacaq, ancaq sonra 30 dəqiqəlik göstəriciyə çatacaqsınız. Bunun üçün nə lazımdır?

Bu, dialoq qurma bacarığı öyrədir. Maraqlı olacaqsınız və auditoriyanın diqqətini cəlb edə biləcəksiniz - bütün bu bacarıqlar iş üçün sadəcə zəruridir. Söhbət aparmaq bacarığı olmadan, üstünlük əldə etməyəcəksiniz.

Tapşırıq 10. O nə geyinmişdi və nə edirdi?

Yaddaş vacibdir. Kiçik şeyləri xatırlamırsınızsa, ciddi bir şeyi necə yadda saxlayacaqsınız? Bir uşaq olaraq yaxşı bir yaddaşla öyünə bilməzdim, amma indi demək olar ki, hər şeyi xatırlayıram. Necə? Dostlarımla bir faydalı oyun oynadım.

Hansısa məclisdə olanda təsadüfi qadınları müşahidə edirdik, ziyafətdən sonra bir-birimizdən nə geyindiklərini və nə etdiklərini soruşurduq. Niyə məhz qadınlara baxmağımızın səbəbi sadədir - bir qadının görünüşünün təfərrüatlarını xatırlamaq daha çətindir. Kişilərə gəldikdə, onların görünüşü, bir qayda olaraq, tipikdir - onlar cins şalvar və köynəkdə olurlar, ona görə də diqqət etmədən və xatırlamadan da daim təxmin edə bilərsiniz.

Ətrafınızdakı insanları geyimlərindən tutmuş hərəkətlərinə və üz ifadələrinə qədər hər bir detala diqqət yetirməyə başlayın. Beləliklə, çox sayda məlumatı yadda saxlamağı öyrənəcəksiniz.

Bu məşq mənə şirkətimlə bağlı bütün vacib detalları xatırlamağı öyrənməyə kömək etdi. Artıq qeydlər aparmağa və ya vacib vəzifələri izləməyə ehtiyac duymuram ... hər şey mənim başımdadır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR