Slimfit
  1. KİTABLAR

"Uğura gedən yol" - Portuqaliyada təhsil almış gəncimizin kitabı artıq satışda

"Uğura gedən yol" - Portuqaliyada təhsil almış gəncimizin kitabı artıq satışda
Sakura

"Uğura gedən yol" adlı kitab nəhayət işıq üzü gördü

Dəyərli oxucu, “Uğura Gedən Yol” adlı kitabımız nəhayət ki, işıq üzü gördü. Kitabda gəncləri maraqlandıran mövzular, xüsusilə də uğura çatmaq yolları və formulları qeyd edilmişdir. Son zamanlar inkişaf edən Azərbaycan gəncliyinin diqqətində saxlaması vacib olan məqamları qeyd etməyə çalışmışıq. Real hadisələrdən, təcrübələrdən qaynaqlanaraq yazılan bu kitab ümid edirəm ki, gənclər üçün əsil motivasiya mənbəyinə çevriləcək. Kitabın yazılmasında başlıca məqsəd gənclərin, xüsusilə də tələbələrin, məzunların, iş axtarışında olan, uğur qazanmağa can atan, lakin nəyi necə etməyin yolunu tam bilməyən, təcrübəsi olmayan, buna baxmayaraq istedadı olanların yoluna işıq olmaqdan ibarətdir. Şəxsi inkişafınızın təmin olunması üçün yazılan kitabın əsas üstünlüklərindən biri terminlərlə, anlaşılması çətin olan ifadələrlə deyil, sadə və anlaşılan dildə yazılmasıdır. Şəxsi inkişaf, motivasiya ilə bağlı oxuduğunuz ilk kitab olmaya bilər. Bəlkə son da olmayacaq. Lakin bu kitab sizin stolüstü kitabınıza çevriləcəyinə ümid edirəm. Monotonluğu, şablonluğu ilə seçilən, nəzəri və bir qədər abstrakt görünən digər kitablardan fərqli olaraq “Uğura Gedən Yol” adlı kitabda konkret olaraq real uğur hekayələri, hadisələrdən seçilmiş və uğurlu olmağın formulları açıq şəkildə göstərilmişdir. Kitabı oxuyarkən digərlərindən fərqli olduğunun şahidi özünüz olacaqsınız. Qeyd edim ki, Uğura Gedən Yol kitabını "Əli və Nino" kitab evlərindən, Bakıda və regionlarımızda olan bütün "Ofisait" kitab mağazalarından, həmçinin Mingəçevirdə olan"Kitabım" kitab mağazasından, Lənkəranda da"Book Land Lankaran" və "Ofisait"-dan əldə edə bilərsiniz. Dəyərli oxucu, həcmi çox da böyük olmayan bu kitabı oxumaq və yazılanları həyatına tətbiq etməyə cəhd etməkdə fayda var. Hər şey ürəyinizcə olsun!

 

Vahid Məsimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR