Slimfit
  1. İDMAN

UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi

UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi
Sakura

UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib. 

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra baş verib. "Neftçi"nin Bakıda Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzması səbəbində aktivinə cəmi 0,125 xal yazdıra bilib. 

Əvəzində "Styaua" Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib. 

Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.            

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR