Dərc edildi: Baxış sayı: 531
UEFA “Real”ı bağışladı, kapitanı yox
UEFA Nəzarət, Etika və İntizam Orqanı Çempionlar Liqasının Madriddə keçirilmiş “Real” – “Brüj” (2:2) oyunu ilə bağlı qərarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, oyunun gec başlanmasına görə meydan sahiblərinə qarşı başladılmış intizam işinə xitam verilib və “Real”a heç bir sanksiya tətbiq olunmayıb.
Belçika komandasının hollandiyalı kapitanı Rüt Vormeri bağışlamayıb. 31 yaşlı mərkəz yarımmüdafiəçisi 84-cü dəqiqədə ikinci sarı vərəqə alarkən matçın hakimini təhqir etdiyi üçün üç oyunluq cəzalandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət