Dərc edildi: Baxış sayı: 559
UEFA ötən mövsümün ən yaxşılarını seçdi
UEFA ötən mövsümün ən yaxşılarını müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, mükafatlar ötən gün Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimi zamanı təqdim edilib.
Mövsümün ən yaxşı oyunçusu "Liverpul" hollandiyalı müdafiəçisi Virjil van Deyk seçilib. O, bu nominasiyada Kriştianu Ronaldo ("Yuventus", Portuqaliya) və Lionel Messini ("Barselona", Argentina) qabaqlayıb.
Lionel Messi UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı hücumçusu, Frenki De Yonq ("Ayaks", Hollandiya) ən yaxşı yarımmüdafiəçi, Virjil van Deyk ən yaxşı müdafiəçi, Alison Bekker ("Liverpul", Braziliya) isə ən yaxşı qapıçısı seçiliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət