Slimfit
  1. MƏDƏNİYYƏT

Uçuş zamanı baqajı necə qorumalı?

Uçuş zamanı baqajı necə qorumalı?
Sakura

Uçuş zamanı baqajı necə qorumalı?

 

Aeroportun yükvuran əməkdaşları hansı baqajla necə gəldi rəftar edildiyindən, hansı baqaja ehtiyatla yanaşıldığından və nə üçün köhnə birkanın baqajın itirilməsinə səbəb ola biləcəyindən danışıblar.

Baqajın itirilməsi, eləcə də çamadandakı bəzi dəyərli əşyaların zədələnməsi və ya oğurlanması məzuniyyətin başlanmasının, yaxud başa çatmasının heç də xoşagələn variantı deyil. Əfsuslar olsun ki, biz əşyalarımızın təyyarənin baqaj bölməsinə necə yükləndiyinə nəzarət edə bilmirik, lakin biz yükvuran işçilərin və təcrübəli səyyahların baqajımızı qoruyub saxlamağa imkan verən, onun başqa istiqamətdə uçmasının qarşısını alan məsləhətlərindən istifadə edə bilərik.

AZƏRTAC “Яндекс Дзен”ə istinadla həmin məsləhətləri oxuculara təqdim edir.

Baqajı zədələməmək üçün, ilk növbədə, əvəzləyici dəstəyi olan çamadan alın, çünki çamadanın konstruksiyasında ən zəif element elə məhz onun dəstəyidir və digər elementlərlə müqayisədə o, fiziki təzyiqə daha çox məruz qalır.

Yükləri təyyarəyə adətən insanlar yerləşdirirlər və rastlarına çəkisi 20-25 kiloqram olan çamadan çıxanda, səliqəli işləmək barədə düşünmürlər, ağır yükdən can qurtarmaq üçün onu necə gəldi yük bölməsinə tullayırlar. Məlumdur ki, böyük şkaf aşanda daha çox gurultu qoparır. Çamadanın içi nə qədər dolu olsa, onun korpusuna və dəstəyinə bir o qədər çox güc düşür. Kövrək əşyaları çamadanın ortasına qoyun, yumşaq əşyaları isə onların ətrafına düzün.

Aviaşirkətlərin xidmətlərindən heç olmazsa bir dəfə istifadə edən şəxs, yəqin ki, baqaja verilən çamadanların üzərinə bərkidilən birka deyilən aksesuara diqqət yetirib. Bəzi səyyahlar, xüsusən də istirahətə ilk dəfə təyyarə ilə yollananlar aeroporta gələn kimi çamadandan birkanı açmağa tələsmir. Hətta özlərinə əziyyət verib birkanı əvəzləməmək üçün onu növbəti reysə saxlayırlar. Bunu etmək tövsiyə olunmur, çünki baqajdakı köhnə birka aeroport xidməti işçilərini yanılda bilər. Bu isə o deməkdir ki, baqajınız naməlum istiqamətdə uçacaq.

Ünvanınızı və əlaqə məlumatınızı bir kağıza yazıb çamadanın içinə qoyun ki, çamadanınız itsə, aeroport xidməti sizi asanlıqla axtarıb tapa bilsin.

Sərnişinlərin baqajlarından qiymətli əşyaların yoxa çıxması da tez-tez təsadüf edilən hallardandır. Səyahət etməyi sevən bəzi insanlar əmindirlər ki, bu deyilənlər mifdən başqa bir şey deyil, çünki səyahət etdikləri uzun illər ərzində bir dəfə də olsun oğurluqla üzləşməyiblər. Amma elələri də var ki, elə ilk səyahətdəcə onları soyurlar. Balaca bir qıfıl çamadanın qarət edilməsinin qarşısını almır. Təcrübəli oğrunun bu qıfılı açması çətin iş deyil. Üstəlik, çamadanın içindən oğurluq edildiyi dərhal üzə çıxmaya da bilər.

Çamadanı dolamaq üçün tövsiyə edilən adi plyonka onun qorunması üçün ən səmərəli vasitədir. Potensial oğru, çox güman, elə bir çamadan seçəcək ki, ondan oğurluq etmək problem yaratmasın və qıfılın sındırılması izləri görünməsin. Yeri gəlmişkən, plyonkaya alternativ təklif edilən çamadan çexolları bu işə yaramır. Çünki çexolu çıxarıb-geydirmək də çətin iş deyil.

İtkinin qarşısını almaq üçün daha bir dəyərli məsləhət: qiymətli əşyalarınızı əl yükündə daşıyın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR