Üçüncü dünya müharibəsi kosmosda başlayacaq
Alim iddia edir ki, orbitdəki 1700 kosmik aparatdan təxminən yarısı Amerikaya məxsusdur və onlardan birinin zədələnməsi münaqişənin başlanması üçün geriyə sayma nöqtəsi ola bilər. Özü də müharibə həm birbaşa, həm də dolayı ola bilər. Birinci halda rəqibin obyektlərinin fiziki məhvi, ikinci halda isə sputnikləri idarəetmə sisteminə kiber hücum nəzərdə tutulur. ABŞ Hərbi Hava Qüvvələrinin kosmik komandanlığı bildirib ki, hər iki variant baş verə bilər.
Bir və ya iki sputnikin məhvi amerikalıların həyatına təsir göstərməyəcək, amma çoxlu sayda aparatın sıradan çıxması ABŞ-ı bir neçə on il geriyə qaytaracaq. Telefonlar, bankomatlar, internet və naviqasiya öz işini dayandıracaq.
ABŞ hərbi qüvvələri yeni növ qoşunlar yaratmağı planlaşdırır ki, o da kosmik aparatlarla işi asanlaşdıra bilər. Amma üçüncü dünya müharibəsinin başlanması riski hələ də qalır.
Mənbə: Howto-news.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət