Slimfit
  1. DÜNYA

Üç dövlət yeni ittifaq qurur

Üç dövlət yeni ittifaq qurur
Sakura

Üç dövlət yeni ittifaq qurur

Asmarada bir araya gələn ölkə liderləri sammitdən sonra bəyanat imzalayıblar

“Afrika burnu”nda yerləşən Efiopiya, Eriteriya və Somali “2020 Birgə Fəaliyyət Planı”nı qəbul edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Eriteriyanın paytaxtı Asmarada bir araya gələn ölkə liderləri sammitdən sonra bu haqda bəyanat imzalayıblar.

Bəyanatda, 2018-ci ildə imzalanan razılaşmaya toxunularaq, “2020 Birgə Fəaliyyət Planı”nı qəbul etməyə razılıq verilib və “Afrika Burnu”nda yeni bir ittifaqın qurulması məsələsinə baxmağa razılıq ifadə olunub.

Görüşdə, həmçinin insan, silah və narkotik alveri, terrorizm kimi ümumi problemlərə qarşı birgə tədbirlərin görüləcəyi də vurğulanıb və bütün ölkələrin bölgənin inkişafı üçün insan və təbii ehtiyatlarını səfərbər etməsinin əsas hədəf olacağı vurğulanıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabrnda Asmarada keçirilən Somali, Efiopiya və Eriteriya liderlərinin sammitində siyasi, təhlükəsizlik və iqtisadiyyat sahələrində davamlı əlaqələrin qurulması və bu ölkələrin vətəndaşlarının sərhəd keçidlərini asanlaşdırması mövzusunda razılaşma əldə edilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR