Slimfit
  1. DÜNYA

“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib
Sakura

“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

ABŞ-ın “Uber” şirkəti Nyu-York şəhərində müştərilərin Con Kennedi adına beynəlxalq aeroporta çatdırılması üçün helikopter-taksi servisini istifadəyə verib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, yeni servis “Uber Copter” adını alıb.

Bundan sonra müştərilər 200 dollar ödəyərək Manhetten rayonunun aşağı hissəsində yerləşən uçuş-eniş zolağından aeroporta uça biləcəklər. Adi taksi ilə bir saat və pik saatlarında daha uzun müddətə gedilən yolu helikopterlə təxminən 8 dəqiqəyə qət etmək mümkün olacaq.

“Uber” şirkəti uçuşların həyata keçirilməsi üçün müqavilə bağladığı “HeliFlite” şirkətinin helikopterlərindən və pilotlarından istifadə edəcək.

Qeyd edək ki, “Uber” mobil telefondakı proqram vasitəsi ilə şəxsi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar onlayn xidmətdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR