Dərc edildi: Baxış sayı: 485
Turnir başa çatdı: Şəhriyar Məmmədyarov...
Şahmat üzrə “Grand Prix 2019” yarışları başa çatıb.
Axar.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb.
Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib.
Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı 20 xalla Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi, İsraildə keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub.
Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət