Türkmənistan prezidenti ölkə qadınlarının hər birinə 17 dollar bağışlayacaq
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt və əyalət administrasiyalarının rəhbərlərinə qadınlara 8 Mart münasibəti ilə hədiyyə verməyi tapşırıb.
Rambler-in məlumatına görə, bu il qadınların pul şəklində aldığı hədiyyənin məbləği 17 dollar təşkil edəcək.
Prezidentin hədiyyəsinin təqdimolunma mərasimi Türkmənistanın dövlət televiziyası ilə yayımlanır. Bu il ölkənin azyaşlı qızlarına da hədiyyə veriləcək.
2011-ci ildən etibarən, Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə dövlət müəssisələrində işləyən, ali və orta məktəblərdə oxuyan, eləcə də müavinət alan və pensiyaçı qadınlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə verilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət