Slimfit
  1. AZƏRBAYCAN

Türkmənistan gəmisi Bakıda təmir olunub

Türkmənistan gəmisi Bakıda təmir olunub
Sakura

Türkmənistan gəmisi Bakıda təmir olunub

Türkmənistana məxsus “CM.Rahil” təchizat-yedək gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. İşlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, zavodda gəminin baş və köməkçi mühərriklərinin soyuducuları, havaboruları, dayanacaq mühərriklərinin generatorları, köməkçi sükan qurğusunun elektrik mühərriki təmir edilib, xilasedici qayığın kran-balkasının sınaq işləri yerinə yetirilib. Bundan başqa, gəminin burun hissəsində yerləşən braşpil qurğusu əsaslı təmir olunub, yedək bucurqadının hidravlik boru sistemləri dəyişdirilib. T1016 tipli yanğından mühafizə siqnalizasiya sistemi tüstü və istilik detektorları ilə birlikdə yoxlanılıb. 

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi heyət və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Məlumat üçün bildiririk ki, “CM.Rahil” təchizat-yedək gəmisinin uzunluğu 59,25, eni 14,95 metrdir. Üzən vasitə CAT3516B tipli iki ədəd baş mühərriklə təchiz olunub. 

Qeyd edək ki, ASCO regionda güclü gəmi təmiri bazasına malikdir. Şirkətin tərkibində “Bibiheybət” Gəmi Təmiri Zavodu və Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu fəaliyyət göstərir. Bu zavodlarda mütəmadi olaraq yerli gəmilərlə yanaşı, xarici ölkələrə məxsus gəmilərin yüksək keyfiyyətlə təmiri həyata keçirilir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR