Dərc edildi: Baxış sayı: 515
Türkmənbaşı Xəzər sahilində velosiped sürdü
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin üzvləri ilə birgə Xəzər dənizi sahilində veloyürüş təşkil edib.
Axar.az xəbər verir ki, Berdiməhəmmədov yürüş zamanı öz velosipedinə quraşdırdığı aparatda nəvəsi Kərimin yeni musiqisini dinləyib. Yeni musiqinin “Yaşa Türkmənistan” adlandığı vurğulanıb.
Qeyd edək ki, Berdiməhəmmədov velosipedin böyük həvəskarı sayılır. O, mütəmadi olaraq ölkədə veloyürüşlər keçirir. Sonuncu dəfə 13 iyunda Berdiməhəmmədov velosipedlə hərəkət edib, atəş açmaq bacarığını nümayiş etdirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət